Home » Şou biznes və Mədəniyyət, Ümumi » Emin Ağalarov məşhur “EMI Music Germany” şirkəti ilə müqavilə imzaladı

Emin Ağalarov məşhur “EMI Music Germany” şirkəti ilə müqavilə imzaladı

AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov Almaniyanın “EMI Music Germany” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən üç albomun hazırlanacağı bildirilir.. Əməkdaşlığın qeyd olunma mərasimində Emin Böyük Britaniyada sevilən “Obvious” və “Just for one night” mahnılarını oxuyub.
Qeyd edək ki, Kölndə təşkil olunan tədbirdə 270-ə yaxın mətbuat nümayəndələri, eləcə də teleaparıcılar iştirak edib.
Emin çoxsaylı jurnalistlərin suallarını cavablandırıb. O, deyib ki, EMİ kimi böyük şirkətlə əməkdaşlıq etmək onun üçün Almaniya, Avstriya, İsveçrə və digər ölkələrin yeni musiqi auditoriyasına sahib olmaq, eləcə də olduqca peşəkar komanda ilə işləmək deməkdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*