Home » Şou biznes və Mədəniyyət, Ümumi » Elton Con səhnəni tərk edir

Elton Con səhnəni tərk edir

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Dünya estradasının ən məşhur simalarından biri, ingilis Elton Con səhnəni tərk edərək musiqiçi karyerasını başa vurmaq niyyətindədir. “Luxury-insider” bildirir ki, o, bundan sonrakı həyatını sorroqat ananın doğduğu oğlu Zakariyə həsr etmək niyyətindədir. 6 “Grammy” və 1 “Oskar” sahibi olan 56 yaşlı müğənninin dediyinə görə, dekabrda 2 yaşı tamam olacaq oğlunun həyatının bir anını da buraxmaq istəmir. “Nə qədər ki, sağlamam, işləyəcəyəm. Amma Zak böyüyüb məktəbə gedən kimi vəziyyət dəyişəcək. Hər gün onu yola salmaq və qarşılamaq istəyirəm. Onun həyatının bir dəqiqəsini də buraxmamalıyam”, – Con deyib.
Elton Conun sözlərinə görə, Zakarinin doğulması həyatını dəyişib: “Uşaq atası olmaq üçün özümü yetərincə eqoist sayırdım. Lakin səhv düşündüyümü özümə sübut etdim. Oğlum qədər dünyada indiyədək kimsəni sevməmişəm”.
Elton Con surroqat ana vasitəsilə daha bir övlad atası olmağı da düşündüyünü vurğulayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*