Home » Beynəlxalq, Siyasət, Ümumi » Ekspertlər xəbərdarlıq etdi: Moskvaya səyahət etməyin!

Ekspertlər xəbərdarlıq etdi: Moskvaya səyahət etməyin!

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiyada aparıcı beynəlxalq tibb təşkilatı adamları xəbərdarlıqla çıxış edərək Moskvaya səyahət etməməyə çağırıb.Buna səbəb havanın kirlilik səviyyəsinin yüksək olmasıdır. Beynəlxalq SOS klinikasının başçısı Dr Doug Stevens deyib ki, şərait olduqca təhlükəlidir və yaşlılar, uşaqlar və hamilə qadınlar şəhərdən getməyi nəzərdən keçirsələr yaxşıdır. Hazırda Moskvanın üzərini çən basıb. Buna səbəb şəhərin kənarlarındakı meşə yanğınlarıdır. Deyilənə görə, dəm qazının səviyyəsi icazə veriləndən altı dəfə çoxdur. Mütəxəssislər deyirlər ki, başqa kirlədicilərin səviyyəsi bəzi ərazilərdə daha çoxdur.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*