Home » Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » Ekspertlər kinomatoqrafiya sahəsində heyvanların da mükafatlandırılmasını vacib sayır

Ekspertlər kinomatoqrafiya sahəsində heyvanların da mükafatlandırılmasını vacib sayır

Hollywood filmlərində çəkilmiş heyvanlara Oscar mükafatı düşürmü? BBC müxbiri Brian Wheeler bu suala cavab tapmaq üçün ekspertlərə, mütəxəssislərə müraciət edib. Müxbirin qeyd etdiyi kimi, Hollivudda çəkilmiş bir sıra məşhur bədii filmlərində mərkəzi personajlar heyvanlar olub – it, meymun, ayı və heyvanat aləminin digər nümayəndələri. AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Brian Wheeler bu sırada 9 yaşlı Uggie adlı iti, digər məşhur Hollivud itləri Lassie və Rin Tin Tin-in adlarını çəkir. Bu sıraya müxbir Cheetah meymununu, Bart və Kodiak ayılarını da əlavə edir.
Baxmayaraq ki bu heyvanlar, misal üçün, bir qab yemeyi də özləri üçün mükafat saya bilərlər, kino aləminin bəzi ekspertləri hesab edir ki, heyvanlara kinematoqraf sahəsində mükafat vermək vaxtı yetişib.
Misal üçün Hollivudda çalışan müəllif Susan Orlean uzun müddətdir ki, “Rin Tin Tinin macəraları” filmində çəkilmiş Rin Tin Tin adlı itə ölümündən sonra Oscar mükafatının verilməsi uğrunda kampaniya aparır.
Susan hesab edir ki, bəzi aktyorlar və aktrisalar heyvanlarla Oscar mükafatı uğrunda yarışı özləri üçün təhqir kimi qəbul edə bilərlər.
Onun fikrincə heyvan personajların mükafata layiq görülməsi məsələsində əsas əngəl məhz bu cür problemlərdən ibarətdir. Bu məsələ ilə bağlı fəalların tərtib etdiyi müraciətə Hollivudun müvafiq qurumları hələlik cavab verməyib.
Həmin fəallar filmlərdə çəkilmiş heyvanların Oscar mükafatına layiq görülməsinə qoyulmuş qadağqanın aradan qaldırılmasını istəyirlər. Onlar hesab edir ki, filmlərdə çəkilən heyvanlar bəzən öz rollarını insan aktyorların oynadığı rollardan daha məharətlə yerinə yetirirlər.
American Humane Association təşkilatının təmsilçisi Jone Bauman deyir ki, əgər Oscar mükafatını almaq üçün it səhnəyə çıxsa bu həmin anda zalda olan bütün tamaşaçıları məhəttəl edə bilər. “İnsan aktyor isə çıətin ki bu cür effektə nail ola bilsin”, – Jone Bauman deyir.
Kinoya çəkilən heyvanların mükafatlandırılması kampaniyasının fəalları yarı-zarafat, yarı -ciddi dördayaqlı aktyorlar üçün “Pawscar” kino mükafatınin təsis ediilməsi barədə düşünürlər.
Onların sözlərinə görə, hər halda Uggie itinə bu ilin kino nailiyyətləri üçün “Pawscar” mükafatı düşür.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*