Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Ekspertlər islam bankçılığına keçidi vacib hesab edirlər

Ekspertlər islam bankçılığına keçidi vacib hesab edirlər

Bank sektorunda yüksək faizli kreditlərin verilməsi bu sahənin daha da passivləşməsinə gətirib çıxarıb. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, problemli kreditlərin həcminin artması, bankların müştərilərlə normal davranmaması müştərilərin digər vasitələrə əl atması ilə nəticələnib. Bu gün bir çoxları banka müraciət etməkdənsə faiz və lombard üsulu ilə verilən pullara üstünlük verir. Qeyd olunan odur ki, bankların bir çoxlarının hələ də lazımsız sənəd tələb etməsi, bununla yanaşı müştəri üçün ödənilməsi imkansız olan faiz dərəcələrinin olması bank müştərilərinin dağılmasına səbəb olub. Elə buna görədir ki, lombard məntəqələrinin sayı çoxalır. Bu yöndə fikir yürüdən ekspertlər isə hesab edir ki, banklar müştərilərini itirməmək üçün alternativ addımlar atmalıdırlar. Bu addımlar sırasında isə ən əsası yüksək faizli kreditlərdən imtina məsələsidir. Beynəlxalq təcrübəni əsas gətirən ekspertlər bildirirlər ki, bir sıra ölkələrdə banklar müştəriləri əlində saxlamaq üçün aşağı faiz dərəcələri ilə kreditlərin verilməsi ilə yanaşı müştəriləri banka cəlb etmək üçün müəyyən həvəsləndirici kompaniyalar həyata keçirir. Azərbaycanda isə belə bir təcrübə tətbiq olunmur. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, ekspertlər hesab edir ki, hazırda bankların düşdüyü vəziyyətdən çıxış üçün islam bankçılığına keçid mütləqdir. Mütəxəssislər mövcud kredit bazarında buna tələbatın olduğunu vurğulayır. Çünki islam bankçılığı təkcə pul qazanmağı düşünmür. İslam bankçılığında müştəriyə pul satılmır. Bank müştəriyə öz şəriki kimi baxır. Bank pulları satmır, sərmayə kimi qoyur, müştərinin işindən, gəlirindən asılı olaraq öz gəlirini alır. Orda deyilmir ki, krediti 15 faizdən verirəm. Məsələn tikinti bank tərəfindən maliyyələşdirilir. Gələcəkdə mənzilləri öz müştərilərinə icarəyə verir. İcarə məhsulu kimi müştərisinə satır. Bununla bankın sərmayəsi qayıdır, eyni zamanda daxili müştəri bazasına uyğun icarə müddətində mənzil təqdim edilir. Beləliklə bank verdiyi kreditin müqabilində şəriklik hüququ qazanır. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev məsələ ilə bağlı qeyd edir ki, hazırkı şəraitdə ölkədə fəaliyyət göstərən bankların islam bankçılığına keçidi elə də real görünmür. Onun sözlərinə görə, bu iqtisadi, siyasi vəziyyətdən qaynaqlanır: “Bu gün Azərbaycanda islam bankçılığı pəncərə sistemində fəaliyyət göstərir. Yəni adi bank islam bankçılığı ilə bağlı bir şöbə yaradıb. Bu gün Azərbaycan qanunvericiliyi banklara islam bankçılığı ilə məşğul olmağa imkan vermir. Bununla yanaşı Azərbaycandakı mövcud iqtisadi durum və siyasi proseslər də bu məsələyə təsirsiz ötüşmür. Bir məsələyə diqqət yetirək. Əgər ölkədə islamla bağlı problem varsa və islam bankçılığına problemlər yaradılırsa, məntiqlə onda adi bankçılıq normal fəaliyyət göstərməli idi. Amma adi bankçılıq da yaxşı işləmir. Bu gün Azərbaycanda bank sektorunun iqtisadiyyatda çəkisi çox azdır. Bank aktivlərinin ümumi daxili məhsulda payı Azərbaycanda 30-35 faizdirsə, Orta və Mərkəzi Şərqi Avropa ölkələrində 60-80 faizdir, bir qədər də qərbə doğru getsək, 100-120 faiz təşkil edir. İstər kredit qoyuluşu, istər depozitlərin ümumi daxili məhsuldakı payı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Bütün parametrlər üzrə bizdə adi bankçılığın ölkə iqtisadiyyatında rolu görünmür. Bunun səbəblərindən biri kredit faizlərinin yüksək olmasıdır. Yüksək olmasının bir səbəbi kredit vermək üçün cəlb olunan vəsaitlərin dəyərinin bahalığıdırsa, əsas səbəb riskin çox yüksək olmasıdır. Risk o qədər yüksək və verilmiş kreditin geri qaytarılması ehtimalı o qədər aşağıdır ki, banklar faiz göstəricisini yuxarı qaldırmağa və heç olmasa məbləği bir qədər sığortalamağa məcburdurlar. Həmçinin Azərbaycanda rəsmi ödənişlərlə bərabər çoxlu qeyri-rəsmi ödənişlər var”. S.Əliyev onu da bildirdi ki, Azərbaycanda islam bankçılığının inkişaf etməsinə mane olan cəhətlərdən biri də ölkədəki real iqtisadi vəziyyətdir: “Sahibkarlığa güclü müdaxilə mövcuddur. “Krışa”sı olmayan insan biznes qura bilməz. Adi bank yaratmaq istəyən şəxsin mütləq adamı olmalıdır. İslam bankçılığında isə bu məsələlər alınmır. Azərbaycanda adi halda müştəri ilə birgə hər hansı istehsalat sahəsinə pul qoyanda çoxlu qeyri-rəsmi ödəniş tələb olunur. Mütləq bunu eləməlisən, əks halda işin alınmayacaq. Qeyri-rəsmi ödənişlərin edilməsi isə islama, şəriət prinsiplərinə ziddir. Bu gün hansısa sahəyə investisiya yatırılır, sabah isə həmin sahə zərərə düşür. Çünki Azərbaycanda bütün sahələr inhisarlaşıb. Bu baxımdan bu gün islam bankçılığının Azərbaycanda tətbiqi çox çətindir. Ölkədə ciddi islahatlar aparılmasa, bunu real hesab etmirəm”. Ekspert qeyd edib ki, islam bankçılığı ilk baxışdan əlverişli görünsə də burada həllini tapmamış bir sıra məqamlar da var. Bu da islam bankçılığında vahid standart yanaşmanın olmamasıdır. Ekspert həmçinin, onu da bildirib ki, islam bankçılığı ənənəvi bank sistemini əvəz edə bilməz.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*