Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Duru yağların qiymətində baş verən qiymət artımına rəsmi münasibət bildirilidi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Duru yağların qiymətində baş verən qiymət artımına rəsmi münasibət bildirilidi

Son zamanlar ölkədə istehsal edilən duru yağların qiymətində artım müşahidə edilir. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı duru yağların qiymətindəki bu dəyişikliyin süni qiymət artımı deyil, dünya bazarında xammalın qiymətinin artması ilə bağlı olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycanda günəbaxan və qarğıdalı yağları idxal edilən xammaldan istehsal olunur. AgahMedia.Com portalının Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən aldığı məlumata görə, son 3 ay ərzində dünya bazarında bu xammalın qiymətində 25%-dək artım baş vermişdir. Bu isə öz növbəsində ölkədə istehsal edilən günəbaxan və qarğıdalı yağlarının maya dəyərinin artmasına, nəticədə həm topdan, həm də pərakəndə satış qiymətinin müəyyən qədər bahalaşmasına səbəb olmuşdur.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dünya bazarında baş verən qiymət artımı meyllərindən sui-istifadənin, eləcə də yerli bazarda süni qiymət artımının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*