Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Təhsil sektoru, Ümumi » Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlandı (Siyahı)

Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlandı (Siyahı)

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Harward_universitetiÇinin Şanxay universitetinin Araşdırma mərkəzi dünyanın ən yaxşı universitetlərinin ənənəvi illik siyahısını açıqlayıb. AgahMedia.Com portalının Fins.Az resursuna istinadən məlumatına görə, 500 ali məktəbin yer aldığı siyahıda əsas yeri ABŞ və Avropa universitetləri tutur. Ən yaxşı 5 universitetdən 4-də ABŞ-da yerləşir. Universitetlərin ilk 10-luğu belədir:

1. Harvard Universiteti (ABŞ)

2. Stenford Universiteti (ABŞ)

3. Massaçuset Texnologiya Uniersiteti (ABŞ)

4. Berkli Kaliforniya Universiteti (ABŞ)

5. Kembric niversiteti (Böyük Britaniya)

6. Priston Universiteti (ABŞ)

7. Kaliforniya Texnologiya Universiteti (ABŞ)

8. Kolumbiya Universiteti (ABŞ)

9. Çikaqo Universiteti (ABŞ)

10. Oksford Universiteti (Böyük Britaniya)

Qeyd edək ki, universitetilərin siyahısı 6 göstəriciyə əsasən tərtib edilib. Bura universitet məzunlarının və ya əməkdaşlarının Nobel və Fild mükafatı qazanmalarını, daha çox sitat gətirilən əməkdaşların sayını, dərc olunun məqalələrin sayını və universitetin məzunlarının ölkə əhalisinə nəzərən sayı aiddir.
Qeyd edək ki, dünyanın ən yaxşı 500 universiteti arasında Azərbaycan universitetləri yoxdur. Yaxın ölkələrə gəlincə, siyahıda 86-cı yeri Lomonosov adına Moskva Dövlət Universteti, 333-cü yeri Sankt-Peterburq Dövlət Universiteti, 424-cü yeri isə İstanbul Universiteti tutur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*