Home » Maraqlı, Ümumi » Dünyanın ən zəngin adamının aylıq maaşı nə qədərdir?

Dünyanın ən zəngin adamının aylıq maaşı nə qədərdir?

Dünyanın ən zəngin adamı olan meksikalı Karlos Slim Xel özünə maaş verir.

AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, kübar cəmiyyətdən uzaq yaşayan dünyanın ən zəngin adamı özünə ayda 24 min dollar maaş təyin edib. Latın Amerikasında 200 milyon abunəçisi olan bir nömrəli mobil telefon şirkəti “America Movil”in sahibi olan milyonçu 2002-ci ildə bioqrafiyasını yayımlayan Joze Martines Slimin “Forbes” jurnalının siyahısında amerikalı Bill Qeyts və Varren Buffeti qabaqlayaraq 53,5 milyard dollarla zirvədə qərarlaşmasından sonra yenidən araşdırmalara başlayıb. Meksika birjasının təxminən 40 faizinə nəzarət edən və Latın Amerika ölkələrinə son altı ildə 60 milyard dollar insvestisiya qoyan Slimin reklamdan xoşlanmadığını və çox sadə bir həyat sürdüyünü yazan Martines onun plastik saatdan istifadə etdiyini bildirib. Martinesin bioqrafiyasına görə, Slim livanlı bir immiqrantın beşinci uşağıdır və özü də beş uşaq atasıdır. Böyük maliyyə çətinliyi yaşayan ABŞ-ın “New York Times” qəzetinə böhrandan çıxmaq üçün 250 milyon dollar yardım edən Slimin zənginliyinin bircə göstəricisi Latın Amerikasının ən böyük sənət kolleksiyasının toplandığı və qızlarından birinin idarə etdiyi xüsusi muzeyə sahib olmasıdır. Şirkətinin əhatəsini maliyyə, ticarət, turizm ilə mediaya qədər genişləndirən, “qənaətçiyəm, oğullarım da həmçinin. Öz istəyim və inancımla, intizamla deyil” deyən Slimi ölkəsindəki digər iş adamlarından fərqləndirən ən böyük xüsusiyyəti isə siyasətçilərlə heç bir zaman işbirliyində olmamasıdır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*