Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Sosial, Ümumi » Dünyanın ən xoşbəxt ölkələri siyahısında Danimarka birinci oldu
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Dünyanın ən xoşbəxt ölkələri siyahısında Danimarka birinci oldu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Kopenhagen_menzeresi

Təmiz səma altında yaşamaq, kədər və qəm-qüssədən uzaq quşların nəğməsinə qulaq asaarq xoşbəxt ölkələrdə yaşayan insanlar təbiətlə harmoniya təşkil edir. Belə xoşbəxt ölkələrdən biri Danimarka krallığıdır. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Danimarka BMT-nin tərtib etdiyi dünyanın 10 ən xoşbəxt ölkəsi siyahısında birinci yerdədir. Norveç siyahıda ikinci, təbii mənzərəsi ilə turistləri cəlb edən İsveçrə xoşbəxt ölkələr siyahısında üçüncü yerdədir. Siyahıda sonrakı yerləri müvafiq olaraq Hollandiya, İsveç, Kanada, Finlandiya, Avstriya, İslandiya və Avstraliya tuturlar.
Xoşbəxt ölkələr siyahısının üçüncü onluğunda Fransa 25-ci, Almaniya isə 26-cı yerlə kifayətlənmişdir.
Maraqlıdır ki, latın Amerikasından Panama dövləti Fransa və Almaniyanı qabaqlayaraq 15-ci yerdə qərarlaşmışdır.
Müsəlman ölkələri arasında yalnız Oman xoşbəxt ölkələr siyahısına düşə bilmişdir. Oman bu siyahıda 23-cü yerdədir.
Siyahı tərtib olunarkən əsasən, əhalinin yaşayış səviyyəsini müəyyənləşdirən meyarlar nəzərə alınmışdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*