Home » Maraqlı, Ümumi » Dünyanın ən xoşbəxt ölkəsi …

Dünyanın ən xoşbəxt ölkəsi …

Dünyanın ən xoşbəxt ölkəsi Danimarka sayılır.AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Gallup” kompaniyasının keçirdiyi sorğular bunu təsdiq edib. Danimarkadan sonrakı sırada Finlandiya, Norveç, İsveçrə, Niderland qərarlaşıb. Sonuncu – 155-ci yeri Toqo alıb.ABŞ-14, Böyük Britaniya isə 17-ci yeri tutub. MDB ölkələri içərisində ən yaxşı nəticə -18-ci yeri Meksika ilə bölüşən Türkmənistan alıb. Rusiya reytinqdə 73-cü yeri CAR , Livan, Ukrayna, Rumıniya və Slovakiya ilə bölüşüb.Azərbaycan isə 103-cü yeri Qırğızıstan, Macarıstan, Albaniya və Türkiyə ilə bölüşür.Ermənistan isə Iraq, Anqola, Nambiya və Latviya ilə birlikdə 110-cu yerdədir. Belarusiya və Kosovo 54-cü yeri tutublar. Siyahı ilə “Forbes”in saytında tanış olmaq mümkündür.Sorğu 2005-ci ildən 2009-cu ilə qədər 155 ölkə arasında keçirilib.Respondentlərdən həyatından razı olduqlarını soruşub, onlardan xoşbəxtlik dərəcəsini 1-dən 10-na qədər şkala ilə qiymətləndirilməsini xahiş ediblər. Sonra onlardan bir gün əvvəl özlərini necə hiss etdiklərini soruşublar. Bu tədqiqatçılara onların “gündəlik təcrübələrini” qiymətləndirməyə kömək edib. Bu göstəricilərin əsasında alimlər ölkəsində “əzab çəkənlər” və “xoşbəxt, firavan yaşayan” sakinlərin faizlərini hesablayıb, nəticəyə gəliblər.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*