Home » Biznes sfera və iqtisadiyyat, İdman, Ümumi » Dünyanın ən varlı qadın idmançısı Mariya Şarapova oldu

Dünyanın ən varlı qadın idmançısı Mariya Şarapova oldu

İngiltərənin “Sunday Times” qəzetində dünyanın ən varlı idmançıları haqda yazı dərc olunub. AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, dünyanın ən varlı qadın idmançısı adına rusiyalı tenisçi Mariya Şarapova layiq görülüb. Bu İngiltərənin “Sunday Times” qəzetində dünyanın ən varlı idmançıları haqda dərc olunan yazıdan sonra məlum olub. 90 milyon dollarlıq sərvətinin çoxhissəsini Mariya reklam çəkilişlərindən əldə edib.
Dünyanın ən varlı kişi idmançısı 870 milyon dollar pulu olan qolfçu Tayqer Vudsdur.İkinci yeri “Formula-1” yarışmalarının dəfələrlə qalibi olmuş Mixael Şumaxer tutur. Onun ümumi sərvəti 825 milyon dollardır.515 milyon dollar pulu olan əfsanəvi basketbolçu Maykl Cordan üçüncü yerdədir.İngiltərənin ən varlı idmançısı olan Devid Bekhem bu siyahıda 10-cu yerdədir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*