Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Dünyanın ən sürətli interneti istifadəyə verildi

Dünyanın ən sürətli interneti istifadəyə verildi

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmiAgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Fransada dünyanın ən sürətli internet-xətti istismara verilib.Telekommunikasiya magistralı ölkənin iki böyük şəhəri – Paris və Lionu birləşdirir. Ən yeni informasiya ötürmə texnologiyasının tətbiq edilməsi sayəsində rabitə xətti üzrə məlumatlar saniyədə 400 giqabitədək ötürülür. Hazırda bu göstərici mütləq dünya rekordu hesab edilir, www.rg.ru saytı yazır. Yüksəksürətli rabitə kanalını yaradanlar infrastrukturu təqdim edən Fransanın telekommunikasiya avadanlığı istehsalçısı Alcatel Lucent şirkəti və müxtəlif xidmətlərin göstərilməsi ilə məşğul olacaq Orange operatorudur. İnternet-magistralın istismara verilməsi sayəsində fransızlarda internetə çıxış əvvəlki vaxtlarla müqayisədə dörd dəfə sürətli işləyəcək, həm də xidmətlərin qiymətləri artırılmayacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*