Home » Beynəlxalq, Ümumi » Dünyanın ən Rusiyameylli ölkələri…

Dünyanın ən Rusiyameylli ölkələri…

Amerikada fəaliyyət göstərən “Gallup” tədqiqatlar mərkəzinin araşdırmalarına əsasən, dünyanın ən rusiyameylli 5 ölkəsindən biri Ermənistandır. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, 2010-cu ildə yüzə yaxın ölkədə keçirdikləri rəy sorğusu nəticəsində amerikalı sosioloqlar müxtəlif ölkələrdə dünya siyasəti liderlərinə münasibəti öyrəniblər.

Sorğuda iştirak edən ermənistanlıların 75 faizi Rusiya rəhbərliyi tərəfindən yeridilən siyasəti səmərəli hesab edir və müsbət qiymətləndirirlər.
Bu fikirlə respondentlərin 7 faizi razı deyil.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Azərbaycanda Rusiyanın siyasətini müsbət qiymətləndirənlərin sayı da az deyil – təxminən 54 faiz.
Rusiyapərəstlikdə Ermənistan yalnız Tacikistan, Özbəkistan, Qırğızıstann və Afrikanın qərbində yerləşən Mali dövlətindən geri qalır.
Ermənistanın digər qonşusu – Gürcüstanda, gözlənildiyi kimi, Rusiyaya münasibət son dərəcə mənfidir.
Sorğu edilən Gürcüstan vətəndaşlarının 76 faizi rəsmi Moskvanın siyasətini pisləyib, və yalnız 6 faizi Dmitri Medvedevin və Vladimir Putinin addımlarını səmərəli qiymətləndiriblər.
Maraqlıdır ki, Rusiyanın siyasətinə etimad səviyyəsi aşağı olan daha bir ölkə Kosovodur. Burada rusiyameylli vətəndaşların sayı 7 faizdən də azdır.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Siyasəti ermənilərin rəğbətinə layiq görülən ölkələrdən biri də Fransadır. Ermənistan vətəndaşlarının 62 faizi Sarkozi administrasiyasının fəaliyyətini müsbət və yalnız 12 faizi mənfi qiymətləndirirlər.
Ermənilərin ABŞ-a münasibəti də kifayət qədər yaxşıdır. 2010-cu ildə keçirilən sorğu nəticəsində, sorğuya cəlb olunmuş Ermənistan vətəndaşlarının 50 faizi ABŞ rəhbərliyinə müsbət qiymət verib, 32 faizi – mənfi. Maraqlıdır ki, əvvəlki illər Ermənistan əhalisinin Vaşinqtona etimadı daha yüksək (54 faiz) olub.
“Gallup” mərkəzinin araşdırmasına əsasən, Ermənistan əhalisi Almaniyanın və Böyük Britaniyanın siyasətinə də pis yanaşmır.
Almaniyanın siyasətini Ermənistan respondentlərinin 57, Britaniyanın siyasətini – 45 faizi bəyənir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*