Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Ümumi » Dünyanın ən nüfuzlu qadınların bu ilki reytinqində Angela Merkel birinci oldu

Dünyanın ən nüfuzlu qadınların bu ilki reytinqində Angela Merkel birinci oldu

Amerikanın “Forbes” jurnalı dünyanın ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, siyahıya ötən ilin lideri Mişel Obamanı üstələyən Almaniyanın kansleri Angela Merkel başçılıq edir.
100 qadından ibarət siyahının ikincisi ABŞ-ın Dövlət katibi Hillari Klintondur. Üçüncu yerdə Braziliya tarixində ilk qadın prezident olan Dilma Rusefdir.
“PepsiCo” şirkətinin rəhbəri İndra Nuyi 4-cü, “Facebook”-un əməkdaşı Şeril Sandberq dünyanın 5-ci nüfuzlu qadını hesab olunur.
Bill Qeytsin həyat yoldaşı, “Bill & Melinda Gates Foundation“ xeyriyyə təşkilatının rəhbəri Milinda Qeyts siyahıda 6-cı yerdədir. Hindistan Milli Konqresinin lideri Soni Qandi 7-ci, ABŞ-ın birinci xanımı Mişel Obama 8-ci, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard 9-cu, “Kraft Foods” şirkətinin rəhbəri İren Rozenfeld isə 10–cudur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*