Home » Texno, Ümumi » Dünyanın ən güclü internet və media rəhbərləri internetin gələcəyini müzakirə edəcəklər

Dünyanın ən güclü internet və media rəhbərləri internetin gələcəyini müzakirə edəcəklər

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Dünyanın ən güclü internet və media rəhbərləri Parisdə Fransa Prezidenti Nikola Sarkozinin ev sahibliyi etdiyi iki günlük görüşə toplaşırlar.
Google, Facebook və Microsoft liderləri internetin gələcəyini müzakirə edəcəklər.
İnterneti tənzimləməklə bağlı debatların forumda əsas məsələ olacağı gözlənilir.
Tədbirin nəticələri bu həftə Fransanın Deauville kurort şəhərində keçiriləcək Böyük Səkkizlərin sammitinə təqdim olunacaq.
BBC müxbiri Kristian Freyzer Parisdən xəbər verir ki, ilk dəfə olaraq, varlı səkkiz dövlətin toplaşdığı bu qrupun liderləri interneti müzakirə edəcəklər.
Müxbirlər deyir ki, internetin gələcəyilə bağlı iki bir-birinə qarşı əsas məsələ gündəmdə olacaq.
Onlardan biri Google və Amazon kimi şirkətlərin üstünlük verdiyi hökumət tənzimliyicilərinin nəzarətindən uzaq olmaq barədə yanaşmadır.
Digər məsələ isə Avropa üçün daha xarakterik olan, internetdə ifratçılığa nəzarət meylləridir. Cənab Sarkozi ötən il etdiyi çıxışında bu yanaşmanı müdafiə etmişdi.
O, demişdi ki, internet yeni cəbhədir, amma bu, “qanunsuz yer” ola bilməz.
ABŞ internet müzakirələrinin Böyük Səkkizlərin sammitinin gündəliyinə salınmasına əvvəlcə könülsüz idi.
Prezident Barak Obama əvvəllər internet azadlığının ABŞ iqtisadiyyatı və xarici siyasəti üçün önəmindən danışıb.
İnternet Yaxın Şərq və Şimali Afrika üsyanlarında mühüm rol oynayıb. Fəallar qüvvələri sosial şəbəkə saytlarında səfərbər ediblər və hadisələrdən məlumat və şəkilləri internetdə yayıblar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Tags:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*