Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Dünyanın ən bahalı şəhərləri siyahısında Bakı 49-cu oldu

Dünyanın ən bahalı şəhərləri siyahısında Bakı 49-cu oldu

Bakı dünyanın ən bahalı 50 şəhərinin siyahısına düşüb. Dünyanın 214 şəhərini əhatə edən bu siyahını “Mercer” beynəlxalq konsaltinq və investisiya şirkəti tərtib edib. Şirkətin ənənəvi siyahısı 200-dən artıq mal və xidmətlərin qiymətləri əsasında tərtib olunur. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Azərbaycanın paytaxtı Bakı siyahının 49-cu pilləsində qərarlaşıb. Builki siyahıya Yaponiyanın paytaxtı Tokio şəhəri başçılıq edir. Bu şəhərdən başqa ilk beşliyə Anqolanın paytaxtı Luanda, Tokionun Osaka, Rusiyanın Moskva və İsveçrənin Cenevrə şəhərləri yer alıb. Sonuncu yerdə isə Seyşel adaları – Viktoriya şəhəridir. Ən ucuz şəhər isə Pakistanın Karaçi şəhəri hesab olunur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*