Home » İdman, Maraqlı, Ümumi » Dünyada ən “futbolpərəst” ölkələrinin adları açıqlandı

Dünyada ən “futbolpərəst” ölkələrinin adları açıqlandı

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, uzun müddət aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, planetimizdə ən “futbolpərəst” ölkə nə Böyük Britaniyadır, nə İspaniya, nə də Hollandiya. Sən demə, Farer adaları və İslandiya kimi “cırtdan” dövlətlərdə idmanın bu növünə maraq daha güclü imiş.
“Sportingintelligenc” idman saytının ekspertləri tərəfindən aparılmış rəy sorğusu mütəxəssisləri heyrətləndirmişdir: İngiltərə premyer-liqasının matçlarına ildə 1,43 milyon nəfər, Almaniyada Bundesliqa oyunlarına 1,3 milyon fanat gəlir. Azarkeşlərin mütləq sayına görə sonrakı yerləri İspaniya, İtaliya və Fransa tutur.
Lakin müvafiq rəqəmləri ölkə sakinlərinin ümumi sayına nisbətən faizlə ifadə etsək, nəticələr bu qədər təsirli olmayacaqdır. İndiki halda qeyd etmək lazım gələcəkdir ki, ən “futbolpərəst” ölkə Farer adalarıdır. Burada əhalinin 10 faizi, yəni ölkənin 50 minə yaxın sakinindən 5 min nəfərdən çoxu sevimli futbol komandasının öz meydanında keçirdiyi matçlara mütəmadi olaraq tamaşa edir.
Ən “azarkeş” ölkələrin siyahısına İslandiya (burada əhalinin 4 faizindən çoxu matçlara tamaşa edir), Kipr (4,03 faiz), Şotlandiya (3,68 faiz) və İngiltərə (2,79 faiz) daxildir.
FİFA-nın 2001-ci il üçün məlumatına görə, planetdə futbol oynayanların sayı təxminən 250 milyon nəfər olmuşdur. Bu müddətdə təxminən 1,5 milyon komanda və 300 min peşəkar futbol klubu qeydiyyata alınmışdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*