Home » Şou biznes və Mədəniyyət, Ümumi » Dünyaca məşhur “Billboard” jurnalı Azərbaycan müğənnilərindən yazdı

Dünyaca məşhur “Billboard” jurnalı Azərbaycan müğənnilərindən yazdı

Dünyanın məşhur “Billboard” jurnalının Rusiya nəşrinin növbəti nömrəsində “Mersi Baku” adlı məqalə çap olunub. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, məqalə Azərbaycan estradasında pop-musiqini diqtə edənlərə həsr olunub.
Məqalənin müəllifi qeyd edib ki, Eldarla Nigarın “Eurovision”da qalibiyyəti bütün dünyanı Azərbaycan musiqisinə yeni gözlə baxmağa məcbur etdi.
“Rusiya müğənnilərindən geri qalmayan Azərbaycan ifaçıları da xarici ulduzlarla layihələr həyata keçirməyə maraqlıdırlar. Ancaq ruslar qərb musiqisinə maraq göstərdiyi halda, azərbaycanlılar daha çox şərq ifaçılarına üstünlük verirlər”- müəllif yazır.
Qeyd etmək yerinə düşər ki, məqalədə Azərbaycan müğənnilərindən Emin Ağalarov, Aysel və Araş, Safurə Əlizadə, Roza Zərgərli, Röya Ayxan, Elşad Xose, Ramal İsrafilov, Murad Sadıx kimi ifaçıların və H.O.S.T. qrupunun adı qeyd olunub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*