Home » Maraqlı, Ümumi » Dünya milyarderlərin yeni siyahısı açıqlandı

Dünya milyarderlərin yeni siyahısı açıqlandı

“Forbes” jurnalı milyarderlərin yeni siyahısını açıqlayıb. Reytinqə görə dünyanın ən varlı adamı meksikalı telemaqnat Karlos Slimdir. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, yeni siyahıda milyarderlərin sayı 200 nəfər artıb.

Milyarderlərin arasında siyahıda 100 rusiyalının adı var. Həmyerlimiz Vahid Ələkbərov milyarderlərin sıralamasında 50-cidir. Onun sərvətinin 13,9 milyard dollar olduğu bildirilir.
Karlos Slim artıq ikinci dəfədir dünyanın ən varlı adamı olur. Onun varidatı 74 milyard dollardır. Meksikalı telemaqnat ötən il 20 milyard dollara yaxın qazanc əldə edib. Siyahıda ikinci yeri “Microsoft”un rəhbəri Bill Geyts, üçüncü yeri isə investor Uorren Baffet tutur.
Hazırda dünya milyarderlərinin sayı 1210 nəfərə çatıb. Ötən il bu rəqəm 1011 idi. “Forbes”in məlumatına görə, Çin milyarderlərinin sayı iki dəfə artıb və 115-ə yüksəlib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*