Home » Beynəlxalq, Siyasət, Ümumi » Dünya İsrailin əleyhinə qalxdı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Dünya İsrailin əleyhinə qalxdı

İsrailin humanitar yardım gəmilərinə hücumu dünyanı ayağa qaldırıb. Bir çox ölkədə əhali hücuma etiraz əlaməti olaraq küçələrə çıxıb.

AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyinin önünə toplaşan onlarla insan etiraz aksiyası keçirib. Onların əllərində “İsrailə ABŞ yardımlarını kəsin”, “İsrail boykot edilsin” kimi yazılar olan plakatlar və Fələstin bayraqları tutublar. “İsrail qətliamına son verilsin”,”Azad Fələstin” şüarları səsləndirilən aksiya münaqişəsiz sona çatıb. Nyu-Yorkun “Times” meydanında da aksiya keçirilib. Əllərində türk və Fələstin bayraqları olan amerikalılar hücumu qınayıblar. Əyinlərinə üzərində ərəb və ingilis dilində “Səssiz qalmayacağıq” yazıları olan köynəklər geyinən aksiya iştirakçıları “İsrailin cinayət törətməsinə icazə verməyin”, “Azad Qəzza”, “Fələstinlilər ədalət istəyir” şüarları səsləndiriblər. Sürücülərin siqnal verərək dəstəklədiyi aksiya 3 saat davam edib. İngiltərənin Mançestr şəhərində isə Qəzza hücumuna etiraz edənlər zorla BBC-nin binasına girməyə cəhd ediblər. BBC-ni İsrailin xeyrinə xəbərlər yaymaqda günahlandıran 800 nəfər kanalın binasının giriş qapısını qırıb, şüşələrini sındırıblar. Polisin səyinə baxmayaraq, binanın damına çıxan bəzi aksiya iştirakçıları Fələstin bayraqları taxıblar. Etirazçılar “BBC doğru danış” deyə qışqırıblar. Polis binanın ətrafında böyük təhlükəsizlik tədbirləri görüb. Fransanın paytaxtı Paris də İsrail əleyhinə nümayişlərə ev sahibliyi edib. Aksiyalar səfirlik binasının önündə keçirilib. Səfirliyə hücum etmək istəyənlərə polis qazla müdaxilə edib. Polislə aksiya iştirakçıları arasında toqquşma yaranıb. İtaliyanın eyni anda Roma, Milan, Venesiya, Torino kimi şəhərlərində aksiyalar olub. Minlərlə italiyalı “İsrail terrorçu ölkə”, “İsrailin qatil ordusu”, “İsrailə boykot” yazılı plakatlar açıb. İsrail əleyhinə aksiya keçirilən ölkələr arasında Yunanıstan, İran, Pakistan, Fələstin, Avstraliya kimi ölkələrin də adları var. Xatırladaq ki, İsrail ordusu ötən gecə “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb.İnsident baş verən gəminin Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi olduğu bildirilir. Rəsmi məlumata görə, hücum nəticəsində 9 nəfər ölüb. Onlarla insan yaralanıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*