Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Dünya Bankı ilə tərəfdaşlıq strategiyası müzakirə edildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Dünya Bankı ilə tərəfdaşlıq strategiyası müzakirə edildi

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Asad Alamın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması yolları müzakirə edilmiş, Dünya Bankının mövcud portfelinin icrasının gedişi ilə bağlı məsələlər öz əksini tapmışdır. Görüş zamanı Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak və baş iqtisadçısı Kristos Kostopulos da iştirak etmişlər.Regional direktor Asad Alam Azərbaycan Respublikası ilə əlaqələrin səviyyəsindən məmnunluğunu bildirmiş və Azərbaycanda icra edilən proqramların yüksələn xətlə davam etdirilməsinin zəruriliyini qeyd etmişdir. O, həmçinin təmsil etdiyi qurumun Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yuksək qiymətləndirmiş və bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirmişdir. Öz növbəsində Mərkəzi Bank sədri Elman Rüstəmov ikitərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndirmiş, Tərəfdaşlıq Strategiyasının hər iki tərəf üçün böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*