Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Dünya Bankı Azərbaycana yeni kredit ayırdı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Dünya Bankı Azərbaycana yeni kredit ayırdı

Dünya Bankının (DB) Direktorlar Şurası «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması – III» layihəsini təsdiq edib.

«Dünya Bankı bu layihə üçün Azərbaycana 241,6 mln. ABŞ dolları həcmində kredit ayıracaq ki, vəsaitin 70 mln. dolları DB üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), 171,6 mln. dolları isə DB-nın digər üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vəsaitləri hesabına ayrılacaq. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, layihə əsasən Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsini nəzərdə tutur», – deyə nümayəndəlikdən bildirilib.Qeyd edək ki, layihənin ümumi dəyəri 356,15 mln. dollar təşkil edir. Bunun 241,6 mln. DB, qalan hissə isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq. IDA tərəfindən ayrılacaq kredit 20 il (ilk 10 ili güzəştli), IBRD tərəfindən ayrılacaq kredit isə 17 il (ilk 4 ili güzəştli) müddətinə ayrılacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*