Home » Ümumi » Dünya Azərbaycanlıları Konqresi İran səfirliyi qarşısında etiraz aksiyası keçirdi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Dünya Azərbaycanlıları Konqresi İran səfirliyi qarşısında etiraz aksiyası keçirdi

AgahMedia.Com portalının ANS TV-yə istinadən məlumatına görə, millət vəkili Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin üzvləri İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyada təşkilatın Azərbaycan və Avropa nümayəndəliklərinin üzvləri iştirak edib. Polis aksiya iştirakçılarına səfirliyin binasına yaxınlaşmasına imkan verməsə də, onlar bəyanatlarını səsləndirə bilib. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti İranda Azərbaycan türklərinin mədəni hüquqlarını təmin etməyi tələb etməyə çağırıb.
Aksiyada “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Məhv olsun fars irticası!” şüarları səsləndirilib. Qətnamədə qeyd olunub ki, aksiyada səslənən tələblər yerinə yetirilməsə, səfirliyin binası qarşısında davamlı aksiyalar keçiriləcək. Sonda aksiyanın qətnaməsi səfirliyə təqdim olunub.
“Bir tərəfdən özünü İslam təəsübkeşi kimi göstərir, Fələstini müdafiə edir, digər tərəfdən isə Fələstin qədər ağır olan Qarabağ münaqişəsinin qurbanlarına canı yanmır. İranın bu ikiüzlü siyasəti daha da aktivləşib. İran kanalları Azərbaycanın daxili işlərinə qarışır, Azərbaycanın dövlət atributları təhqir olunur, xalqın mənəvi və mədəni dəyərləri gözdən salınır. Bizim bütün mədəniyyətimiz İranın adına çıxır. Bütün bunlar getdikcə farslaşdırılır”,-deyə Sabir Rüstəmxanlı bildirib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*