Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Texno, Ümumi » Dövlət qurumlarının elektron xidmətlərinə nəzarət gücləndiriləcək


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Dövlət qurumlarının elektron xidmətlərinə nəzarət gücləndiriləcək

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, “Elektron hökumət” portalı üzərindən dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “Məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması isə “Elektron hökumət” portalının köməyi ilə həyata keçiriləcək. Belə ki, elektron imza ilə təsdiqlənən müraciətlər adi müraciətlərdən fərqli olaraq, kağız üzərində əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğundan bu, qarşı tərəfi müraciəti cavabsız qoymaq məsuliyyətindən azad edə bilməyəcək.
Müraciətin icrasının qeyri-qanuni səbəblər üzündən ləngiməsi və ya icrasına başlanmaması kimi səbəblər üzündən mübahisəli hallar yarandığı təqdirdə müraciət edən şəxs müraciət etdiyi quruma qarşı bunu əsas sübut kimi də istifadə edə biləcək. Vətəndaşların “E-gov.az” portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladıqları elektron müraciətlərin nəzarət mexanizmi var. Belə ki, portal üzərindən aparılan bütün əməliyyatlar loglaşdırılır. Lazım olduqda vətəndaşın hansı tarixdə hansı quruma, hansı mövzuda müraciət etdiyi haqda arayış vermək mümkündür.
Həmçinin, müraciətlərə cavab verilib-verilməməsinin hesabatı aparılacaq.

Mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edən vətəndaşlar cavab almadıqları təqdirdə portala daxil olaraq sorğusunun təsdiqini arxivdən götürə biləcək. Bu da elektron xidməti təqdim edən tərəflə xidmət istifadəçisi arasında gələcəkdə mübahisəli hallar yarandığı zaman əsas dəlil kimi istifadə oluna bilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*