Home » Sosial, Ümumi » Dövlət Neft Şirkəti 60 ailəyə yeni mənzil verdi

Dövlət Neft Şirkəti 60 ailəyə yeni mənzil verdi

Dövlət Neft Şirkəti 60 ailəyə yeni mənzil verib. AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, Şirkətdən bildiriblər ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Nizami küçəsi, 30 ünvanında Dövlət Neft Şirkətinin vəsaiti hesabına yeni inşa edilən yaşayış evi istifadəyə verilib. 60 mənzilli yaşayış evinin bölgüsü aparılaraq qəsəbənin Seymur Orucov küçəsində yerləşən və qəzalı evlərdə yaşayan ailələr yeni mənzillərə köçürülüblər. Ailələrin yeni mənzillərə köçürülməsi ilə əlaqədar Seymur Orucov küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 38, 40, 41, 42 nömrəli qamış konstruksiyalı evlərin sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulur.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*