Home » Beynəlxalq, Diaspora, Siyasət, Ümumi » Diasporamız növbəti etiraz aksiyasını Hyustondakı Fransa konsulluğunun qarşısında keçirdi

Diasporamız növbəti etiraz aksiyasını Hyustondakı Fransa konsulluğunun qarşısında keçirdi

AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, ABŞ-ın Hyuston şəhərindəki Fransa konsulluğu qarşısında Amerika Azərbaycanlıları Şəbəkəsi, Amerika Türkləri Şəbəkəsi, Hyuston Amerika Türk Dərnəyi və Hyuston Atatürkçü Düşüncə Qrupu üzvlərinin iştirakı ilə Fransa Senatının yanvarın 23-də qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qərarına etiraz aksiyası keçirilib. Əllərində Azərbaycan və türk bayraqları, “Fransa söz azadlığını pozub”, “Fransanın ATƏT-in Minsk qrupundan çıxarılması istəyirik” və s. kimi şüarlar yazılmış platkatlar tutan nümayişçilər Fransa Senatının bu qərarının bütün türklərə qarşı ağır ittiham olması ilə yanaşı həmin qərarın söz və ifadə azadlığını kobud surətdə pozduğunu bildiriblər. Aksiya iştirakçıları Fransa parlamentinin bu qərarının insan haqlarını pozduğunu ağızlarını lentlə bağlayaraq nümayiş etdiriblər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*