Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Texno, Ümumi » Daşınmaz əmlakla ilgili sənədləşdirmələr asanlaşdırılır

Daşınmaz əmlakla ilgili sənədləşdirmələr asanlaşdırılır

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ev_resimi

Azərbaycanda daşınmaz əmlakla bağlı elektron (onlayn) xidmətlərin tətbiqinə başlanılıb.Vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları-yəni forma-1 almaq üçün ərazi qeydiyyat idarələrinə getmədən notariat orqanlarından elektron (onlayn) qaydada əldə edəcəklər. Alqı-satqı zamanı əmlakın qeydiyyatı üçün də vətəndaş ərizəni birbaşa bu orqanlara verəcək. Həmin ərizələr onlayn qaydada qeydiyyat orqanlarına göndəriləcək. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bu barədə bilgi verən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov açıqlamasıda onu da əlavə edib ki, sonda vətəndaş ərazi idarələrinə gedərək, qeydiyyat sənədini götürəcək. Bundan başqa hazırda daşınmaz əmlakla bağlı digər onlayn əlaqənin yaradılması üzərində də işlər görülür. Banklar kredit götürən müştərinin əmlakının yüklü olub-olmaması ilə bağlı məlumatları on-layn qaydada alacaq.
Qeyd edək ki, hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Qısa vaxtda 11 minə yaxın elektron müraciət daxil olub. Bu il daha 15 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*