Home » İdman, Maraqlı, Ümumi » Danimarka alimləri məşhur futbolçu Messinin özəlliyini araşdırdılar

Danimarka alimləri məşhur futbolçu Messinin özəlliyini araşdırdılar

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Danimarkalı alimlər müasir dünya futbolunun ən yaxşı oyunçusu kimi qəbul edilən Lionel Messinin fiziki və beyin özəlliyini araşdırıblar.Alimlər Messinin əzələlərinin adi olsa da ağrını gec qəbul etdiyini, beyninin isə digər insanlara nisbətən siqnalları tez oxuyaraq analiz etmək qabiliyyətinə malik olduğu qənaətinə gəliblər. Danimarka alimləri araşdırma nəticəsində 169 santimetr boya malik Lionel Messinin ayaqlarının qısa olmasının ona daha sürətlə hərəkət etməyə və topu ayağında dəqiq saxlamağa imkan yaratdığını hesab edirlər.
“Messi rəqib futbolçunu aldatmaq istəyirsə, topa sadəcə yüngülcə toxunur. Onun boyunun kiçik olması ayaqlarını tez hərəkət etdirməyə və topu istədiyi kimi özündə saxlamağa imkan verir. Onun beyni siqnalları tez qəbul edərək ani qərar çıxarmağa imkan verir”, – deyə dosent Tomas Bull Andesen bildirib.
Xatırladaq ki, Lionel Messi Çempionlar Liqasının 2011/12-ci il mövsümünün “Bayer”ə (Leverkuzen) qarşı cavab 1/8 final matçında indiyədək heç bir futbolçunun edə bilmədiyinə imza atmışdı. O, “Barselona”nın 7:1 hesabı ilə qalib gəldiyi matçda 5 qola imza ataraq Çempionlar Liqasının tarixinə düşmüşdü.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*