Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » Azərbaycanda daha 4 bankın lisenziyası ləğv edildi

Azərbaycanda daha 4 bankın lisenziyası ləğv edildi

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

AgahMedia.Comportalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, Palatadan bildirilib ki, bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.

Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.

“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda olan qorunan əmanətləri Fond tərəfindən ödəniləcək.

İyulun 22-dən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nın nəzarəti altında aparılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı mətbuat konfransında bildirib ki, bütün bu banklar Əmanətlərin Sığortalanması Fondunun üzvləridir.

Hazırda bu banklarda sığorta olunmuş əmanətlərin ümumi məbləği təqribən 140,3 milyon manatdır (40,7 min hesab).

R.Aslanlı qeyd edib ki. əmanətlər üzrə ödənişlərə həmin bankların ləğvediciləri müəyyənləşdirildikdən sonra başlanılacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*