Home » Ümumi, Yönetici Yazarın Blogu » Dəyərli Türkiyə Sevdalıları, Bayramınız Mübarək!

Dəyərli Türkiyə Sevdalıları, Bayramınız Mübarək!

   MURAD SÜLEYMAN, AgahMedia.Com Portalının Baş Redaktoru
                                    
AgahMedia.Com Portalının yetkilisi olaraq bir daha bəyan edirəm ki, Türkiyə bizim üçün hər zaman müqəddəs olmuşdur.Bu indi də belədir və bundan sonra da belə olacaqdır. Bugün Azərbaycan Türkləri olaraq biz də,Türkiyəmizin Cumhuriyyət Günü Bayramının sevincini, qürurunu və mutluluğunu yaşamaqdayız. Aramızı vurmaq istəyən soysuzlara isə bəyanımız bu: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və Tanrının hifz etdiyi bu qardaşlığa heç kimsə toz belə qonduramaz.İllər öncə qürürla qələmə aldığım və aylar öncə “TRT Avaz” televiziyonunda da səslənən “Türkiyə!”adlı şeirimlə bir daha bütün Türkiyə Xalqını,bütün Türkiyə Sevərləri və Türkiyə Dostlarını Cumhuriyyət Günü Bayramı münasibəti ilə ən xoş arzularla təbrik edirəm.
          
        Türkiyə!
 
Hər zaman bizlərə Sən dayaq oldun,
Düşmənimiz üstə Şahintək qondun.
Həm dost,həm qardaş,sirdaşımız oldun,
Vətənsən bizlərə Sən də Türkiyə!
 
Mehmetciyin gücü bəlli cahana,
Sadiqsən dostluğa,əhdə peymana.
Böyük qardaşsan Can Azərbaycana,
Tanrımız hifz etsin Səni Türkiyə!
 
Eynidir damarlarımızda qan da,
Səcdə qıldığımız din də,iman da.
Eynidir dilimiz,köksoyumuz da,
Müdam yanındayıq Ulu Türkiyə!
 
Çoxları təşvişdə Birliyimizdən,
Partlayır coxları bu Sevgimizdən.
Tanrı göstərməsin bizə kədər,qəm,
Yenəməz bu Gücü kimsə Türkiyə!
 
Kimsə aramızı əsla vuramaz,
Haqqımıza sahib kimsə çıxamaz!
Bu Vəhdətimizi heç kim pozamaz,
Yaradan qorusun Bizi  Türkiyə!
 
Bir xəzinəsən dünya kültürünə,
Sevənlər heyrandır Kız Kulesinə.
Sevinc nəsib olsun daim bəxtinə,
Bir cənnət məkansan Doğma Türkiyə!
 
Rəng almış bayrağın Şəhid qanından,
Fatehlər su içmiş bulaqlarından.
Biz də güc alırıq o ad,sanından,
Hər zaman şöhrətin artsın Türkiyə!
 
Canına can qatmış Böyük Atatürk,
Biz də iftixarla deyirik:Türkük.
Arzumdur qalmayaq heç boynu bükük,
Hər zaman firavan yaşa Türkiyə!
 
O mömin hocaların örnək bizə,
Dəstəksən hər zaman İslam əhlinə.
Yüksəlsin qüdrətin hər gündən-günə,
Güvəncisən Muradın da Türkiyə!
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

5 Responses to Dəyərli Türkiyə Sevdalıları, Bayramınız Mübarək!

  1. Cok degerli SAYIn MURAD SÜLEYMAN sizin bu yaziniza derin tesekkurlerimi bildirirem.Biz TURK olarak var olmusuk.Hemisede TURKIYE oz milletini hec bir vakt unutmayacakdir.Bizlerde TURKIYE TURKLERIYIK.Bu gun TURKIYENIN Cumhuriyyət Günü Bayramı münasibəti ilə dunya Turklerini tebrik edirem ve gun o gun olsun ki,Boyug TURKUSTANIN ildonumunu mohtesem keyd edeyin.Butov TURKLER bir olub merkezi ANKARA olsun.YASASIN KUDRATLI MUKADDAS MARHAMATLI ALLAH TEREFINDEN VAR EDILEN TURK HALKIMIZ VE DOVLETIMIZ.

  2. Teşekkürler Murad Bey!Güzel şiir.Eskik olmayın!

  3. Yaşasın Azerbaycan ve Türkiye qardaşlığı!

  4. Teşekkürler Sayın, Murad Süleyman! Teşekkürler AgahMedia.Com! Teşekkürler Dostlar!

  5. AgahMedia.Com

    İlgi gösteren her kese teşekkürler!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*