Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » DəmirBank VISA kart sahibləri üçün yeni uduş kampaniyasına start verdi

DəmirBank VISA kart sahibləri üçün yeni uduş kampaniyasına start verdi

AgahMedia.Com portalının DəmirBank -a istinadən məlumatına görə, adıçəkilən bank VISA plastik kart sahibləri arasında yeni uduş kampaniyasına başlayıb. Şərtlərə əsasən DəmirBank-ın müştəriləri, VISA kartları ilə xaricdə hər-hansı əməliyyat edərkən, uduş kampaniyasının iştirakçısına çevrilir.

Kampaniyanın uduşları ümumi 12 ədəd olmaqla, 6 ədəd HP Pavillion noutbukları və 6 ədəd HP Vivienne Tam mininoutlarından ibarətdir. Noutbuklar və mininoutlar HP şirkətinin tərəfdaşı 2DO Computers mağazasının 1 illik zəmanəti ilə təqdim olunur.

Kampaniya 31 avqust 2011-ci il tarixinədək davam edəcək. Həyata keçirilən hər əməliyyat, bir şansa bərabərdir. Hər növbəti ayın 15-i tarixində 4 qalib müştəri müəyyən ediləcəkdir. Misal üçün, iyun ayında VISA kartı ilə xaricdə əməliyyat edən DəmirBank-ın müştəriləri 15 iyul tarixində, iyul ayında əməliyyat edənlər 15 avqust, və avqust ayında əməliyyat edənlər 15 sentyabr tarixində lotereyada qalib ola bilərlər. Qaliblər müxtəlif təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrindən təşkil olunmuş 5 nəfərdən ibarət Münsiflər Heyətinin iştirakı ilə müəyyən ediləcək. Qeyd edək ki, İnternet və Card-to-Card əməliyyatları kampaniyada iştirak etmir.

DəmirBank-ın VISA plastik kartını əldə etmək üçün Bankın filiallarına müraciət etmək və ya bankın internet səhifəsində on-layn sifariş etmək olar.

DəmirBank hazırda “5 manata kart” və “Pulsuz kart” kampaniyalarını keçirir. “5 manata kart” kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri VISA kartlarını tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*