Home » Bölgələr, Ümumi » CNN Şəki haqqında reportaj hazırladı

CNN Şəki haqqında reportaj hazırladı

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Amerikanın nüfuzlu CNN telekanalı arasında əməkdaşlıq çərçivəsində ölkəmizin ən qədim şəhərlərindən biri olan Şəki haqqında reportaj hazırlanıb. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, reportajda tarixi Böyük İpək Yolunda yerləşən Şəkinin turizm potensialından, zəngin tarixindən və mədəniyyət abidələrindən, sənət nümunələrindən və təbii resurslarından bəhs olunur.
CNN telekanalı qeyd edir ki, sovet dövründə Şəki regionun ipək istehsalı mərkəzi olmuşdur. Hazırda ipək istehsalı müasir texnologiyalarla həyata keçirilir. Reportajda Şəki sakinlərinin qonaqpərvərliyindən və xüsusi yumor hissindən danışılır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*