Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Ümumi » Çinlilər İtaliyanın geyim sənayesində…

Çinlilər İtaliyanın geyim sənayesində…

İtaliyanın şəhərlərindən birində keçirilən toplantıda bir qrup adam masa arxasında oturub. Modellərdən biri çəhrayı rəngli dəridən gödəkçəni nümayiş etdirir. Gödəkçədən və onun üslubundan İtaliyada tikildiyini görmək olar.  

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, İtaliyanın aparıcı moda dükanları məhz Toskanaya gələrək gələn ilin paltarlarını almağa çalışırlar. Burada toplantıya başçılıq edən şəxsi görənə kimi qeyri-adi heç nə gözə dəymir. O, bu geyim şirkətinin çinli sahibidir və italyanlar öz ölkələrində istehsal olunan malları ondan alırlar.
“Bu azad dünyadır və yeni bazarlar açılmaqdadır. İşləyən italyanların sayı azalmaqdadır və bəziləri buna qəzəblənir. Amma bu problem olmamalıdır. Növbəti əlli il ərzində Çin vacib ölkə olacaq.” Dükanın alt qatında işçilər ağ və qara paltoları dükanlara köçürməyə hazırlaşırlar.
Zu Lin Prato şəhərinə köçən minlərlə çinli biznesmendən biridir. Onlar İtaliyanın geyim sənayesinin minillik təcrübəsini öyrənməyə çalışırlar. İtalyan alıcı Alex Castelasi deyir ki, çinlilərə üstün gəlmək qeyri-mümkündür.
Sual: Bəs bu çinli sahibkarın şirkəti nə təklif edir ki, İtaliya şirkəti bunu etmir?
Alex: Qiymət. Rahatlıq. Çünki bu Çin istehsalı ilə İtaliya dizaynı arasında yaxşı birlikdir.
Sual: Misal çəkin. Yəni 10-20, yoxsa 50% ucuz?
Alex: 50% ucuz
Bu ərazidə Çin dilində yazıları və lövhələri görmək olar. Burada təxminən 5000 Çin fabriki var. Onların çoxu italyan keyfiyyətinə layiqdir və onlar İtaliyada istehsal olunan mallardan qat-qat ucuzdur.
İtalyanlara məxsus bir neçə fabrikdən birində cihazlar məşğuldur. Amma geyim dükanları Çin fabriklərini üstün tuturlar. Juzeppe Çokki bu bizneslə 50 il əvvəl məşğul olmağa başlayıb. Amma indi o, İtaliyanın geyim sənayesinin yavaş-yavaş geriyə qaldığını deyir.
“Beynəlxalq qanunlar sürətlə dəyişməkdədir. Nəzarət yoxdur, bu isə problemlər yaradır. Çindən gətirilən parçanın bir metri bir dollardır. Bizim parçalar isə 10 dollardır. Hər şeyi baş-ayaq qoyublar. ”
Amma sınaqlar da mövcuddur. Çinlilər cinayətkar əməliyyatlara başçılıq edirlər. Burada polis bir anbarda reyd keçirib. Ola bilsin ki, Pratoda 20 000 qanunsuz çinli işçi var. Onlara az maaş verilir. Tədqiqatçı jurnalist Silvia Pyeraçini:
“Risq çoxdur. Çin mafiyası belə biznes növünə daxil olmağa başlayıb. Nə olacağına dair böyük narahatlıq var.” Amma Zu Lin kimi biznesmenlər sadəcə olaraq rəqabət aparmaq istədiklərini deyirlər. Ola bilsin ki, o, İtaliyada mal alveri ilə məşğul olur. Amma onun mesajını başqa sahələrə də aid etmək olar. Belə görünür ki, bu əsr Çinlə yadda qalacaq.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*