Home » Beynəlxalq, Siyasət, Ümumi » Çin və Azərbaycanın bank sektorları arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Çin və Azərbaycanın bank sektorları arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bankın sədri Elman Rüstəmov Çin Xalq Respublikasının mərkəzi bankı olan Çin Xalq Bankının (ÇXB) sədri cənab Çjou Syaoçuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının bank sektorları arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu, qlobal maliyyə böhranının nəticələri və postkrizis dövrünün vəzifələri ətrafında fikir mübadiləsi aparıldığı görüşdə Çin Xalq Bankının sədri Çjou Syaoçuan Çinin maliyyə sektorundakı islahatlar və davam edən makroiqtisadi stimul meyarları barədə məlumat verib. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Çjou Syaoçuan hər iki ölkənin bank sektorları arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikirlərini də bölüşüb. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov öz növbəsində Azərbaycan iqtisadiyyatının, o cümlədən bank sektorunun cari vəziyyəti, ölkədə həyata keçirilmiş antikrizis tədbirləri, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlığın əsas faktorları barədə məlumat verib. Elman Rüstəmov hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın hər iki tərəf üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycan Mərkəzi Bankı ilə Çin Xalq Bankı arasında pul-məzənnə siyasəti, bank nəzarəti sahəsində, ixracın stimullaşdırılmasında Mərkəzi Bankın rolu, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi məsələlər üzrə perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib. Makroiqtisadi tənzimləmədə, xüsusən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunmasında mühüm rol oynayan məzənnə siyasəti ətrafında maraqlı müzakirələr aparılıb və hər iki ölkənin əhəmiyyətli valyuta ehtiyatlarına və stabil milli valyutalara malik olmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsində yaxşı zəmin yaratdığı qeyd olunub. Görüşün yekununda vurğulanıb ki, müzakirə edilən məsələlər ətrafında səmərəli əməkdaşlığın qurulması üçün qarşılıqlı səfərlər yolu ilə təcrübə mübadiləsi genişləndirilsin.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*