Home » Beynəlxalq, Siyasət, Texno, Ümumi » Çin hakimiyyəti internet üzərində nəzarəti artırır

Çin hakimiyyəti internet üzərində nəzarəti artırır

AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, Çin hakimiyyəti İnternetdə senzuranı gücləndirib. Bundan sonra şəbəkədə yerləşdirdiyi qeyri-dəqiq informasiyaya görə, istənilən internet istifadəçisi həbsxanaya düşə bilər. Bu yaxınlarda Yunnan əyalətindən olan tələbə baş vermiş qətl haqda həqiqətə uyğun olmayan məlumatı şəbəkədə dərc etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Şanxay sakini isə saxtalaşdırılmış vergi sənədlərini şəbəkədə yerləşdirdiyinə görə 15 gün müddətinə həbs edilib. Məlumata görə, polis yayılmış müxtəlif şayiələri məşhur veb-saytlar vasitəsilə yayan istifadəçilərin yerini də müəyyən etməyə çalışır. Qeyd edək ki, hazırda Çində yarım milyarddan artıq internet istifadəçisi var.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*