Home » Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » “Çılpaq qadın” 106 milyon dollara satıldı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

“Çılpaq qadın” 106 milyon dollara satıldı

AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, məşhur ispan rəssamı Pablo Pikassonun 1932-ci ildə çəkdiyi “Çılpaq qadın” əsəri dünən Nyu-Yorkun Christie’s ticarət evində keçirilən hərracda 106 milyon dollara satılıb.
 Hərracın mətbuat xidmətinin yaydığı məlumata görə, bununla da rəsm əsəri ən bahalı incəsənət əsəri olaraq yeni dünya rekorduna imza atıb.Alıcının rəsm əsərinə ödədiyi dəqiq məbləğ 106 milyon 482 min 500 dollardır. Ən bahalı rəsm əsərinin sahibinin adı məlum deyil.Qeyd edək ki, ekspertlər əsəri 70-80 milyon dollar qiymətində dəyərləndirmişdilər. Onların fikrincə, “Çılpaq qadın” Pikassonun heç də ən yaxşı işi hesab olunmur. Görkəmli rəssamın bu əsəri 50 ildir sərgilənmirdi. 8 mart 1932-ci ildə yaradılmış əsərdə rəssamın sevgilisi – sarışın Mari-Terez Valter mifik Dafna obrazında təsvir edilib. Onların on ilədək davam edən münasibətləri Pikassonun yaradıcılığının ən parlaq illəri olub. Mari-Terez üçün isə Lafayyet qalereyasının qarşısındakı təsadüfi küçə tanışlığı ömürlük məhəbbətə çevrilib. O, rəssamın ölümündən 4 il sonra intihar edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*