Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » Çin Marsda və Ayda tərəvəz yetişdirməyi planlaşdırır

Çin Marsda və Ayda tərəvəz yetişdirməyi planlaşdırır

Çinin kütləvi informasiya vasitələri Pekindəki Kosmik Tədqiqatlar və Kosmonavtlar Hazırlığı Mərkəzinə istinadla xəbər verirlər ki, Çinin hakimiyyət orqanları Marsda və Ayda kosmonavtlar üçün “həyatın dəstəklənməsi üzrə ekoloji sistem” yaratmaq məqsədilə orada dörd növ tərəvəz yetişdirməyi planlaşdırırlar.
AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Pekində zəruri sınaqlar aparılmışdır və indi həcmi 300 kubmetr olan rezervuarlar yaratmaq planı üzərində iş gedir. Gözlənildiyinə görə, bu rezervuarlarda dörd növ tərəvəz yetişdiriləcəkdir (tərəvəz növlərinin konkret adları bildirilmir).
“İnterfaks” agentliyi bildirir ki, kosmonavtlar kosmik səyahət dövründə həmin rezervuarların köməyi ilə hava, su və yemək ehtiyatları istehsal edə biləcəklər.
Pekindəki tədqiqat mərkəzinin əməkdaşlarının ehtimalına görə, bu sistemdən gələcəkdə “Ayda və Marsda yaradılacaq bazalarda” istifadə ediləcəkdir. O vaxt kosmonavtlar həmin bazalarda “yemək üçün yararlı təzə tərəvəz” yığa biləcəklər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*