Home » Şou biznes və Mədəniyyət, Ümumi » Ceyms Kemeron Marsda film çəkəcək


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Ceyms Kemeron Marsda film çəkəcək

AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, “Avatar” filmin yaradıcısı Ceyms Kemeron Marsda stereoskopik filmin çəkilişlərinə hazırlaşır.
Bu məqsədlə rejissor NASA rəhərliyini dilə tutaraq, 2011-ci ildə Qırmızı planetə göndərilən “Maraq” maşınını xüsusi 3D-kameraları ilə təchiz etməyi xahiş edib.“Pasadena Star News” nəşrin məlumatına görə, Kemeron hələ 2010-cu ilin yanvar ayında missiyanın texniki detallarının müzakirəsi məqsədi ilə Kosmik agentliyin başçısı Çarlz Boldenlə görüşüb. NASA müdiriyyəti xüsusi dirəyin üzərində qurulacaq lazımi avadanlığın alınmasında razılıq verib. Ceyms Kemeronun dediyi kimi: “Missiya çox ambisiyalı, maraqlı və cəlbedicidir. Alimlər Marsın keçmişi və gələcəyi barədə bir çox suallara cavab verməli olacaqlar.”3D- kameraların quraşdırılıb sona çatması ilə San-Diyeqodakı “Malin Space Science Systems” laboratoriyası məşğuldur.Marsa gedən “Maraq” maşını yeni nəsil cihazlara aiddir. Bu cihaz Spirit və Opportunity aparatlarından fərqli olaraq, enerjisini günəş batareyalarından yox, daha tez-tez ötürülən radioizotop enerji mənbəyindən alır.Qeyd edək ki, missiyanın dəyəri 2,3 milyard dollar təşkil edir, “Avatar” filmin satış gəliri isə 2,7 milyarddan artıq olub və artmaqda davam edir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*