Home » Şou biznes və Mədəniyyət, Ümumi » Cennifer Lopez, Rihanna və Şakira Bakıda konsert verəcəklər

Cennifer Lopez, Rihanna və Şakira Bakıda konsert verəcəklər

Dünya şöhrətli müğənnilər Cennifer Lopez, Rihanna və Şakira “Baku Crystal Hall”da solo konsert proqramı ilə çıxış edəcəklər. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, konsertlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
23 sentyabrda Cennifer Lopez, 6 oktyabrda Rihanna, 14 oktyabrda isə Şakira “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi məkanın möhtəşəm səhnəsinə çıxacaqlar. Hər üç müğənni Bakıdakı pərəstişkarları üçün misilsiz şou nümayiş etdirəcəklər. Cennifer Lopez ilə birgə ABŞ-ın Los-Anceles şəhərindən ölkəmizə 60-dək heyət gələcək. Rihannanın şəhərimizdə keçiriləcək konsertinə 80, Şakira isə 75 nəfər komanda üzvü ilə gələcək. Biletlər iyunun 25-dən etibarən satışa çıxarılacaq. Biletləri şəhərimizin bütün kassalarında və internet vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Hər üç konsertə başqa ölkələrdən də tamaşaçıların gəlməsi üçün biletlər elektron formada satılacaq. Biletlərin qiyməti satıldığı gündən etibarən məlum olacaq. Təşkilatçılar Lopez, Rihanna və Şakiranın konsertləri üçün tələb etdikləri qonorarın kommersiya sirri olduğunu bildirərək bu barədə heç bir açıqlama vermədilər.Azərbaycandakı konsertləri ilə bağlı müğənnilərlə iki ay danışıqlar aparılıb. Azərbaycan onlara ən yüksək beynəlxalq tədbirlərdən biri olan “Eurovision”un keçirildiyi ölkə kimi təqdim edilib.
Müğənnilərin Bakıdakı konsertinə bir çox ölkələrdən fanatların da gələcəyi gözlənilir.
Tədbirin işıqlandırılması üçün mətbuat nümayəndələrinin akkreditasiyasına isə avqustun 15-dən başlanacaq.
Qeyd edək ki, dünyanın məşhur ulduzlarının ölkəmizdəki konsertləri Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının açılış, yarımfinal və final mərhələlərində təşkil olunacaq. Dünya çempionatının açılış mərasimi sentyabrın 22-də baş tutacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*