Home » Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » “Buranovskiye babuşki” “Eurovision” məşqlərini təxirə salaraq kartof əkməyə getdi

“Buranovskiye babuşki” “Eurovision” məşqlərini təxirə salaraq kartof əkməyə getdi

“Eurovision-2012” yarışmasının Rusiyadan olan iştirakçıları “Buranovskiye babuşki” qrupu Moskvada keçirilməli olan baş məşqlərini təxirə salıblar. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, bu barədə Udmurtiyadan qrupun mətbuat katibi Svetlana Sırıqina bildirib. Eurosmi.ru bildirir ki, məşqin təxirə salınmasını isə nənələr özləri təkid ediblər. Sırıqinanın dediyinə görə, sən demə, nənələr öz təsərrüfat sahələrində kartof əkinini hələ tam başa vurmayıblarmış: “Qrupun iki üzvü əkini başa çatdırsa da, qalanları bunu etməyiblər. Onların nəvələri nənələri əmin ediblər ki, narahatlığa əsas yoxdur. Əkinin öhdəsindən gələ bilərlər. Amma nənələr ötən illərdə olduğu kimi bu işi özləri görəcəklərini bildiriblər”. Sırıqinanın dediyinə görə, Moskvada keçiriləcək baş məşq bu səbəbdən bir neçə günlük təxirə salınıb. Qrup üzvləri Moskvaya 8 mayda gələcəklərinə söz veriblər. Məşqlərini davam etdirəcək qrup üzvləri oradan birbaşa Bakıya uçacaqlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*