Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Bu qadın dünyanın ən varlı qadınıdır

Bu qadın dünyanın ən varlı qadınıdır

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Milyarder_Kristi_UoltonMəşhur “Forbes” dərgisi dünyanın ən varlı qadınlarının reytinqini açıqlayıb. Reytinq cədvəlinə “Wal-Mart” marketlər şəbəkəsinin sahibi Kristi Uolton başçılıq edir. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, 36 milyard 700 milyon dollarlıq var-dövlətə sahib olan Kristi Uolton son 5 ildə artıq dördüncü dəfə varlı qadınlar siyahısının birinci pilləsini tutur. “Wal-Mart” şəbəkəsini Kristi Uoltonun qayınatası Sem Uolton yaradıb.
Dünyanın ən varlı qadınları cədvəlində ikinci yeri “L’Oreal” kosmetika şirkətinin sahibi Lilian Betankur (34 milyard 500 milyon dollar), üçüncü yeri isə “Wal-Mart” banisinin qızı Elis Uolton (34 milyard 300 milyon dollar) tutur.
İlk beşlikdə sonrakı pillələrdə “Mars” ailəsinin üçüncü nəsil təmsilçisi, nəhəng şirniyyat şirkətinin top-meneceri Jaklin Mars (20 milyard dollar) və Avstraliyanın “Hancock Prospecting” dağ-mədən şirkətinin rəhbəri Conina Raynxart (17 milyard 700 milyon dollar) yer alıblar.
Qeyd edək ki, 2014-cü ilin milyarder qadınlar reytinqinə 172 qadının adı düşüb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*