Home » Sosial, Təhsil sektoru, Ümumi » Bu ildən jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanın tətbiq edilməsi gözlənilir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bu ildən jurnalistika fakültəsinə qəbulda qabiliyyət imtahanın tətbiq edilməsi gözlənilir

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Mətbuat Şurası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına “Jurnalistika” ixtisasına qəbulda bakalavriat səviyyəsi üzrə qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciət olunmuşdur. Bununla əlaqədar olaraq Komissiyada TQDK-nın və Mətbuat Şurasının rəhbərliyinin görüşü keçirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Aparılan müzakirələrin nəticəsi olaraq TQDK tərəfindən 2014-cü il üçün “Jurnalistika” ixtisası üzrə bakalavriat və magistratura səviyyələrinə qəbulda qabiliyyət imtahanları prosedurları haqqında təkliflər hazırlanaraq Mətbuat Şurasına göndərilmiş, qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı həmin qurumun rəy bildirməsi, bu istiqamətdə dəqiq hədəflərin, məqsəd və perspektivlərin müəyyənləşdirilməsinin, konkret qiymətləndirmə meyarlarının və digər zəruri amillərin birgə işlənib hazırlanmasının vacibliyi vurğulanmışdır.
Qabiliyyət imtahanları ilə bağlı təkliflərin ətraflı müzakirəsi üçün Mətbuat Şurasında yaradılmış işçi qrupunun üzvləri ilə TQDK-da növbəti görüş 2014-cü il mart ayının 4-də keçiriləcək.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*