Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Bu il Azərbaycanın mənzil bazarında bahalaşma gözlənilir

Bu il Azərbaycanın mənzil bazarında bahalaşma gözlənilir

Bu il Azərbaycanda mənzil tarifləri artmağa davam edəcək. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, ekspertlər deyir ki, qiymətlərin artması bir sıra amillərə əsaslanaraq vaxtaşırı davam edəcək.
Statistika göstərir ki, ipoteka kredit portfelinin artırılması nəticəsində ötən illərlə müqayisədə bu il əhalinin mənzil alıcılıq qabiliyyəti artıb. Məsələn, ötən il əhalinin mənzil alıcılıq qabiliyyəti 2008-2009 böhran illərinə nisbətən yüksək idi. Bu, əsasən kredit faizinin müəyyən dərəcədə azalması hesabına baş verdi. Ölkənin daşınmaz əmlak bazarında qiymətlərin vaxtaşırı artımının 4-5% olacağı gözlənilir.
Daşınmaz əmlak bazarının tanınmış ekspertlərinin hesablamalarına görə, ötən il kommersiya obyektləri bazarında qiymətlərin aşağı düşməsi müşahidə olunub, ümumilikdə illik göstəricilərə əsasən, qiymətlər 7-8% aşağı düşüb. Bununla yanaşı, daşınmaz əmlak bazarının digər seqmentlərində müəyyən artım olub.
Torpaq bazarında 7% artım qeydə alınıb. Paralel olaraq, 2011-ci ildə mənzil bazarında artım olub. Bazar göstəricilərinə əsasən, indi ikiotaqlı mənzillərə əhalinin alıcılıq təlabatı yuxarıdır, çünki ipoteka kreditləri məhz ikiotaqlı mənzilləri münasib qiymətə almaq imkanı verir. Təlabat əsasən, Bakı mikrorayonları ərazisində, Yeni Yasamal, həmçinin Əhmədli və Günəşli qəsəbələrində yerləşən mənzillərdə müşahidə olunur.
Ölkədə daşınmaz əmlakın dəyəri ildən ilə artır və bu prosses dayanmır, çünki dünyada əhalinin sayı çoxalır, ancaq torpaqın sahəsi sabit olaraq qalır. Ancaq bu gün daşınılmaz əmlak bazarında təklif təlabatı üstələyir.
AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə,paytaxtda təmirli mənzilin bir kvadratmetrinin tikinti dəyəri 350 manatdan çoxdur, ancaq bazarda qiymətlər 580 manata yaxındır. Mənzilin dəyərinin artmasını nəzərə alaraq, yaxın illərdə əmlak bazarında növbəti bahalaşmanın qaçılmaz olduğunu təxmin etmək mümkündür.
Ekspertlər hesab edirlər ki, bazarın dəyişkənliyini nəzər alaraq, mənzilin dəyərinin səviyyəsi ilə kredit faizlərinin səviyyəsi arasında hər zaman müəyyən əlaqə olur. Buna görə, mənzil bazarında təklif həcminin 3% artması qiymətlərin 0,8-0,9% azalmasına təsir edir. Bununla əlaqədar olaraq, mənzil bazarında vəziyyətin tənzimlənməsi üçün optimal variant təklifləri 3% artaraq qiymətlərin 0,8-0,9% aşağı salınmasına nail olmaqdır.
Statistikaya əsasən, 2000-ci ildən başlayaraq cari ilin əvvəlinə qədər Bakının təkrar əmlak bazarında mənzillər 6,14 dəfə bahalaşıb. Əgər 2000-ci ildə bazarda paytaxt ərazisindəki təkrar mənzilin kvadratmetri orta hesabla 219 dollar dəyərində idisə, bu gün təqribən 1345 dollar dəyərindədir. Ancaq iqtisadiyyatçıların cari il üçün proqnozları heş də ürəkaçan deyil, çünki 2012-ci il ərzində mənzillərin dəyərinin 5-6% artması gözlənilir, torpaq sahələrinin dəyəri isə 7-8% arasında artacaq.
Mütəxəssilər bu vəziyyəti torpaq sahələri bazarında təkliflərin azalması ilə izah edirlər. Çünki insanlar şəhərin mərkəzində mənzil almaqdansa, torpaq sahələrində evlərin tikilməsinə üstünlük verirlər. Bununla əlaqədar olaraq, hər il şəhər kənarında torpaq sahələrinə təlabat artır.
Daşınmaz Əmlak Bazarı Birliyinin məlumatına əsasən, ötən ayda Bakıda mənzil bazarında 0,32% cüzi qiymət artımı baş verib. Eyni zamanda, cari ilin əvvəlindən iyunun 1-dək bazarda qiymətlər 5,62%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 12,9% artıb.
Bakıda ilkin əmlak bazarında hesabat ayında qiymətlər 0,5%, ilin əvvəlindəkinə nisbətən isə 0,8 % enerək, 1 kvadratmetrin dəyəri 852 dollardan 848 dollar düşüb. Ancaq ötən ilin analoji dövrü ilə müqayisədə qiymət 13,8% çoxalıb.
Bununla yanaşı, Bakı təkrar əmlak bazarında daha razılaşdırılmış qiymət dəyişiklikləri müşahidə olunub. May ayında qiymətlər 0,6%, ilin əvvəlindəkinə nisbətən 4,8%, il ərzində isə 11,2% artıb. Torpaq bazarında isə proqnozlar özünü doğrultmayıb, çünki bu seqmentdə qiymətlərin mühüm dərəcədə enməsi müşahidə olunub.
Beləliklə, torpaq bazarında qiymətlər 6,9% aşağı düşərək, bir sotunun qiyməti 21838 dollardan 20308 dollara enib. Baxmayaraq ki, ötən ilinin analoji dövrü ilə müqayisədə ilin əvvəlindəki göstəricilərə nisbətən qiymətlər 0,6% artıb.
Kommersiya obyektləri bazarında qiymətlər ötən ay 1,4%, ilin əvvəlindən 15,18%, il ərzində isə 16,1% artaraq bir kvadrat metri 3490 dollardan 3539 dollara qalxıb. Eyni zamanda kommersiya obyektlərinin icarəsi may ayında bir kvadratmetri 22,7 dollardan 23,61 dollara qalxaraq 4% bahalaşıb. Bu göstəricilər ilin əvvəlindəki göstəricilərdən 14,6%, il ərzində isə 21,7% artıb.
Cari lin ötən ayında mənzil icaəsində də qiymətlərin artımı müşahidə olunub. Hesalamalar əsasən, qiymətlər ilin əvvəlindəki göstəricilərdən 12,5% aşağı düşsə də, bir kvadratmetri 10,71 dollardan 11,6 dollara qalxaraq 3,3% bahalaşıb.
Mənzil bazarının aparıcı ekspertlərinin sözlərinə görə, bu il bir və ikiotaqlı mənzillərin qiymətinin artması istisna olunmur.
AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə,ehtimal olunur ki, əgər yaxın zamanda ipoteka kreditinin hazırda 50 min manat təşkil edən maksimum həddi artırılmazsa, bu, yerli mənzil bazarında bir və ikiotaqlı mənzillərin çatışmamazlığına səbəb ola bilər. Bu da öz növbəsində ölkədə daşınmaz əmlak dəyərinin artmasına gətirib çıxaracaq.
Ümumiyyətlə, qiymətlərin artımı, əsasən, təkrar mənzil bazarındakı struktur dəyişiklikəri ilə əlaqədar olaraq baş verir. Problem ondadır ki, bazarda ucuz mənzillərin sayı azalır, eyni zamanda baha mənzillərin sayı artır. Aydın məsələdir ki, bu gün ipotekanı əhalinin bir və ya ikiotaqlı mənzilə üstünlük verən orta təbəqəsi alır. Bu nöqteyi-nəzərdən alıcılar üçün Bakının Xətai, Nərimanov, Binəqədi və Yasamal rayonları daha cəzbedicidir. Bu rayonlar şəhərin mərkəzinə yaxındır və qiymətləri də ipoteka kreditinə uyğundur. Əlbəttə, ipoteka kreditləri mənzil bazarının ümumi vəziyyətini yaxşılaşdıra və onun inkişafına mühüm təkan verə bilər. Ancaq, təəssüf ki, hazırda kreditlərin verilmə şərti bazarın tələblərini, həmçinin sadə vətəndaşların istehlak səbətini qarşılamır. Bu mənada ölkənin Mərkəzi Bankı tərəfindən verilən bütün vədlərə baxmayaraq, vəziyyət müsbət istiqamətdə dəyişmir.
Əgər Avropada və hətta Rusiyada ipoteka mənzili orta gəliri olan orta statistik ailə üçün böhrandan inandırıcı çıxış yolu hesab edilirsə, bizim vətəndaşlar üçün böyük nailiyyət və azərbaycanlı rəsmilər tərəfindən təyin olunmuş qiymət xəttini keçə bilməyən az təminatlı ailələr üçün demək olar, qəhrəmanlıqdır. Bu məsələdə hər hansı müsbət dəyişikliyin nə zaman ediləcəyini demək çətindir, hər halda hər şey bizim parlamentin bu problemlə nə dərəcədə maraqlanacağından və ölkənin əsas bankının rəhbərinin bu məsələyə necə reaksiya verəcəyindən asılıdır. Sadə vətəndaşlar isə məişət problemlərinə öyrəşə bilməyəcək. Yaxşısı, zamanı gözləməkdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*