Home » Beynəlxalq, İslam, Sosial, Ümumi » Bu il 2.93 milyon müsəlman hacı olub

Bu il 2.93 milyon müsəlman hacı olub

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, bu il Həcc vəzifəsini reallaşdırmaq üçün Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə gələn zəvvarların sayı keçən illə müqayisədə 5% çox olub.
Səudiyyə rəsmi mətbuat agentliyinin xəbərinə görə, Səudiyyə Ərəbistanı Ümumi Statistik və Məlumat Təşkilatının rəhbəri Muhanna bin Abdülkərim Elmuhanna keçən il hacı sayının 2.79 milyon olduğunu, bu il isə 2.93 milyona çatdığını bildirib. Statistikalara görə, krallığın xaricindən ölkəyə 1.83 milyon hacı gəlib.
Səudiyyə Ərəbistanı səhiyyə naziri Dr. Abdullah bin Əbdüləziz Ər-Rəbiyə, hacılarla əlaqədar ciddi çətinlik yaşanmadığını və bu ana qədər hər hansı bir yoluxucu xəstəliyin də qeydə alınmadığını ifadə edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*