Home » Siyasət, Ümumi » Bu gün radikallıq zamanı deyil


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Bu gün radikallıq zamanı deyil

Rövşən Ziya

Ötən il parlament seçkilərindən əvvəl yaradılan İctimai Palata bu gün tutduğu ictimai mənafeyindən tamamilə uzaqlaşıb. Yaradılan vaxt bütün müxalifəti birləşdirməyi qarşısına məqsəd qoyan birlik artıq özündən başqa heç kimi bəyənmir. Palatada təmsil olunan Müsavatla AXCP müxalifəti bir araya gətirməyə çalışan digər birliklərə, siyasi partiyalara, onların ortaya atdığı birləşmə layihələrinə yuxarıdan baxaraq rişxənd etməyə başlayıblar. Hətta özlərindən başqa digər partiyaları müxalifətçi hesab etmirlər. Neçə deyərlər: Burda mənən, Bağdadda kor xəlifə. Düzdür, digər partiyaların da nümayəndələri ayrıca fərd kimi burada təmsil olunsalar da, bu, bütün müxalifət partiyalarının İP-da təmsil olunmaları anlamına gəlmir.
AXCP ilə Müsavat sözün əsl mənasında, müxalifətçilik ideyalarından tamamilə uzaqlaşıblar. Hələ ki, məqsədləri nədir, bilinmir. Yalnız görünən odur ki, “biz də varıq” deyərək, özlərini Azərbaycan cəmiyyətinin yaddaşına sırımaq və daim üzdə qalmaq istəyirlər. Hətta bu ilin birinci yarısında bir neçə kiçik mitinqlər keçirməklə, cəmiyyətin diqqətini özlərinə cəlb etmək istəsələr də, buna nail ola bilmədilər. Əksinə, reytinqləri daha da aşağı düşdü və onlara inananların böyük əksəriyəti, çoxu da gənc fəallar olmaqla həbsxanalara atıldılar. Onlar isə heç nə olmamış kimi, komfortlu kabinetlərində oturaraq, gündə bir qərar çıxarırlar.
…Bir jurnalist kimi dəfələrlə demişəm ki, müxalifət son nəfəsini 2003-cü il oktyabr hadisələrində verdi və ömrünü Azərbaycan cəmiyyətinə tapşırdı. Bu fikrimdə yenə qalıram və sona qədər də bu sözü deyəcəm. Və o gündən sonra neçə dəfə birləşməyə cəhd etsələr də, alınmadı. Əksinə, daha çox parçalanmağa məruz qaldılar. Hətta ötən ilki parlament seçkilərində də birləşə bilmədilər. Yalnız İctimai Palata adlı kiçik birliklə kifayətlənməli oldular. Müsavatla Cəbhə bu birliyi nə qədər də yüksəltməyə çalışsa da, buna nail ola bilmir.
Özlərini radikal müxalifətçi hesab edən kəsim artıq anlamalıdır ki, cəmiyyətimiz onları 2003-cü ilin oktyabrında elə Azadlıq meydanındaca dəfn etdi. Artıq ölkəmizdə müxalifət deyilən bir anlam qalmayıb. Qalsa da belə, bilin ki, onlar 2003-cü ilə qədər mövcud olan müxalifətin kiçik qalıqlarıdır və onlar nə qədər çalışsalar da əvvəlki güclərini bərpa edə bilmirlər. Həm də bu gün radikallıq zamanı deyil. Zaman artıq başqa şeylər tələb edir. Sivil mübarizə aparmaqla nəyəsə nail olmaq. Əgər bunu anlayırsansa, nə mutlu sənə. Yox, anlamırsansa, deməli, səs-küy qaldırmaqdan başqa heç nə bacarmırsan.
Gənc jurnalist kimi yalnız onu deyə bilərəm ki, köhnə qaydalarla hakimiyyətlə mübarizə aparmaq mümkün deyil. Çünki, hakimiyyət onların hansı addımlar atdığını öncədən bilir və ona müfaviq addımlar atır. Hətta çoxları deyə bilər ki, hakimiyət içimizə “desant qrupları” atıb və bu qruplar vasitəsilə də, bütün sirlərimizi bilirlər. Əslində, elə deyil. Yəni, onlar birdəfəlik anlıamalıdırlar ki, yeni taktikalar fikirləşib tapmaq və onu işlətməklə köhnə dayaqlarını bərpa etmək, üstəlik yenilərini cəlb edə bilərlər. Artıq bəllidir ki, güclü siyasi dayağa və güclü siyasi elektorata malik olmayan siyasi təşkilat və ya partiya bu günki Azərbaycan reallığında məhvə məhkumdur.
Bəs, məhv olmamaq üçün nə etmək lazımdır?
Yuxarıda qeyd etdiyim ki, siyasi təşkilat hər şeydən əvvəl şərtləri dəyişməli, yeni taktika fikirləşib ortaya atmalı, güclü elektorat yığmalı və fəaliyyətini yenidən bərpa etməlidir. Bunun üçün elə böyük fikirlər lazım deyil. Sadəcə, ağlı bir qədər işə salmaq lazımdır. Əgər Azərbaycanın müxalif partiyaları mənim göstərdiyim qaydalara əməl etməli olsalar, çox çəkmədən əvvəlkindən daha güclü birlik yaradar və hakimiyyəti düz yola çəkməyə nail ola bilərlər. Eynilə, Türkiyədə olduğu kimi! Bu gün Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərakat Partiyası (MHP) olmasa, baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) sözün əsl mənasında, burda mənəm, Bağdadda kor xəlifə qismində Türkiyədə istədiyi kimi at oynadar. Əgər bu partiyalar olmasa, baş nazir Ərdoğan ona verilən səlahiyyətlərdən sui-istifadə edərək, başqa əməllərdən çıxar. Əsl müxalifətçilik budur. Ölkədə müxalifət güclü olanda, hakimiyyət də işlərini düzgün qurar. Bilər ki, bir səhv etsə, müxalifət və xalq ayağa qalxar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*