Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » BTC-də Türkmən nefti

BTC-də Türkmən nefti

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, BP elan edib ki, Türkmənistan Bakı-Tbilisi-Ceyhan neft kəmərilə neft ixrac etməyə başlayıb. Şirkətə əsasən, bu kəmərin ümumi tutumunun 5 faizə qədərini təşkil edir. Ekspertlərə əsasən, türkmən neftinin keyfiyyəti Azərbaycan neftinə bənzərdir. Buna görə də onların qatışığının BTC ilə ixrac olunan neftin keyfiyyərinə təsiri yoxdur. Aşxabad nefti tankerlərlə Bakıya gətirir. Türkmənistan rəhbərliyi dəfələrlə özünün yanacaq ehtiyatlarının ixracını diversifikasiya etmək istədiyini bəyan edib. Xəbərlərə görə, yaxın aylarda BTC ilə türkmən neftinin ixracının iki dəfə artırılması nəzərdə tutulur.Enerji məsələləri üzrə təhlilçi İlham Şabanın qeyd etdiyi kimi, “Türkmən nefti tankerlər vastəsi ilə Bakıya, Sənqəcal limanına gətirilir və oradan BTC boru neft kəmərinə vurulur”. Ekspertin sözlərinə görə, əslində sözü gedən neft Bakıya artıq Xəzərin şərq sahilində işləyən şirkətlərə məxsus neft kimi gətirilir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*