Home » Beynəlxalq, Siyasət, Ümumi » Brüsseldə Azərbaycana həsr olunmuş sessiya keçiriləcək

Brüsseldə Azərbaycana həsr olunmuş sessiya keçiriləcək

Milli Məclisin deputatları Fuad Muradov və Qüdrət Həsənquliyev iyunun 22-dən Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkilləri qlobql və regional xarakterli siyasi, sosial- iqtisadi məsələlərin aktual problemlərinə həsr olunmuş Krans Montana Forumunda iştirak edəcəklər. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə,tədbir çərçivəsində Azərbaycana həsr olunmuş bir neçə sessiya keçiriləcək, “Sabah üçün yeni liderlər” mövzusunda müzakirələr aparılacaq. Forumda Azərbaycanın regionda mövqeyi, ölkəmizin əldə etdiyi uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriləcək. Deputatlarımız sosial-iqtisadi inkişafın aktual problemlərinə dair öz fikirlərini açıqlayacaqlar. Səfər iyunun 26-da başa çatacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*