Home » Şou biznes və Mədəniyyət, Ümumi » Britni Spirs plagiatlıqda günahlandırıldı

Britni Spirs plagiatlıqda günahlandırıldı

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Gigwise” saytı xəbər verib ki, “The Bellamy Brothers” kantri-duetinin iştirakçısı Devid Bellami müğənni Britni Spirsin yeni “Hold It Against Me” sinqlını plagiat olduğu barədə iddia səsləndirib.

Devid Bellaminin fikrincə, “Hold It Against Me” sinqlın müəllifləri bəzi elementləri onun 1979-cu ildə yazdığı The Bellamy Brothers “If I Said You Have a Beautiful Body, Would You Hold it Against Me”adlı mahnısından götürüblər. Duetin orijinal kompozisiyası “Billboard Hot Country Singles” çartın birinci, Britaniya sinql hit-paradının isə üçüncü pillələrinə qədər yüksələ bilib.
Devid bildirib ki, Britni Spirs və The Bellamy Brothers mahnılarının oxşar olduğunu, hətta onun oğlu belə qeyd edib. Devid Bellaminin sözlərinə görə, Britninin nümayəndələri hələlik onunla əlaqə saxlamayıblar və o isə məhkəməyə müraciət edib-etməmək barədə düşünür. “Hadisələrin axarrına baxacam. Mahnılarımı sitat üçün oğurlayandan sonra, özümü daha da qoca hiss edirəm”- deyə musiqiçi bildirib. Qeyd edək ki, ötən il onun 60 yaşı tamam olub.
Xatırladaq ki, Britni Spirsin “Hold It Against Me” adlı mahnıları 2011-ci ilin yanvar ayının 11-də işıq üzü görüb. Bu onun sayca yeddinci studiya albomunundan olan ilk sinqlıdır. Albom 2011-ci ilin mart ayında satışa çıxarılması nəzərdə tutulub. Diskin adı hələlik məlum deyil.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*