Home » Beynəlxalq, Siyasət, Ümumi » Britaniyaya mühacirət sistemi dəyişir
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Britaniyaya mühacirət sistemi dəyişir

Britaniyaya Avropa İttifaqı xaricindən gələn miqrant işçilərin sayı 22 mindən artıq olmayacaq. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, gələn ilə təyin edilən bu kvotanı Daxili İşlər Naziri elan edib.

Teresa Mey (Theresa May) parlament çıxışında həmçinin ölkəyə tədris vizası ilə gəlib burada qalan tələbələr məsələsini qaldırıb.
Bəs bu məhdudiyyətlər necə işləyəcək və hazırda Britaniyada immiqrasiya sistemi necə qurulub?
Britaniyada yaşamaq üçün gəlməyin müxtəlif yolları var. Miqrantlar 5 kateqoriyaya bölünür: uzunmüddətli iş üçün gələnlər, tələbələr, müvəqqəti işçilər və səfərə gələnlər və qaçqınlar və siyasi sığınacaq istəyənlər. Eləcə də ailə səbəblərindən gələnlər.
Sistemin hər elementini müxtəlif qanunlar və siyasətlər idarə edir. Məsələn, siyasi sığınacaqla bağlı, Britaniya beynəlxlaq öhdəlik götürüb ki, öz ölksəində təqib olunan insanlara sığınacaq versin. Sistemin ən mürəkkəb hissəsi iqtisadi miqrasiya ilə bağlı geniş kriteryiadır.
İqtisadi miqrantlarla gəldikdə, iİqtisadi miqrasiya üçün qanunlara tələbələr də aiddir və bu iki qrupa bölünür. Əgər miqrant Avropa İttifaqı üzvü olan bir ölkənin vətəndaşıdırsa, onda onların Britaniyada iş alması asandır. Onlar immiqrasiya nəzarətinə alınmırlar. Başqa yerdən gələnlər xal toplama bölgüsünə əsaslanan və Tiers adlanan sistemdən birinə ərizə ilə müraciət etməlidir. Tələbələr də bura aiddir.
Bu sistem miqrantların bacarıqları, keyfiyyət və təcrübəsinə əsasən onlara xal verir. Sadə dillə desək, əgər miqrant gəncdirsə, doktorluq dərəcəsi varsa və yüksək maaş almasına dair əlində sübutu varsa, onda onun Britaniyaya iş vizası alması asanlaşır. Yeni hökümət koalisiyası bu sistemdə islahatlar aparır ki, özlərinin uzunmüddətli məqsədlərinə cavab versin. Onlar immiqrasiyanın sayını hər il yüz minlərlərdən hər il on minlərləyədək azaltmaq istəyirlər.
Hökumət immiqrasiya məhdudiyyətləri tətbiq edir ki, bu məqsədinə çatsın. Bu məhdidiyyətlərin birinci dalğası 2011-ci ilin aprelindən qüvvəyə minəcək. Mühafizəkarlar partiyası hakimiyyətə gəlməzdən öncə öz seçki kampaniyası platformalarında məhz bunu vəd etmişdi.
Avropa ittifaqı üzvü olmayan ölkələrdən qəbul edilən mirqantların sayı gələn ildən 21 min olacaq – bu isə 2009-cu ildə olduğundan 6300 nəfər azdır. Bunlardan 20 min 700 nəfəri Tier 2 sisteminə əsasən gələn və iş təklifi alan miqrantlar olacaq. Digər 1000 nəfər isə yeni “müstəsna istedad” kateqoriyasına əsasən gələnlər olacaq ki, bura da alimlər, akademiklər və artistlər daxildir. Amma öz şirkətləri tərəfindən xaricdən transfer edilənlərə bu məhdudyyətlər şamil olunmayacaq.
Məhdudlaşdırmaların Azərbaycana təsiri
Britaniyada qaydalrın sərtləşdirilməsinin o cümlədən də Azərbaycana da bilavasitə təsiri var. BBC-yə müsahibəsində Səmayə Məmmədova Böyük Britaniyada oxumaq arzusunda olduğunu deyib. , bu məqsədlə bunu nəzərdə tutan proqrama müraciət edib. Amma xanımın bəxti gətirməyib. Uzun səylərdən sonra 2010-cu ildə bu müsabiqəni keçsə də sonda ona rədd cavabı verilib. Belə ki, Böyük Britaniyada maliyyə böhranı olduğundan büdcə azaldılıb və seçilən 3 nəfərdən yalnız birinin təhsili maliyyələşdirilib. Səmayə Məmmədova isə 3-cü olub. Odur ki, o, Britaniyaya gedə bilməyib.
O ki qaldı tələbə adı ilə gedib İngiltərədə qalmaq arzusunda olanlara, Səmayə Məmmədova buna inanmadığını dedi. Onun fikrincə, İngiltərəyə oxumağa gedən tələbələrin əsas arzusu sadəcə yaxşı təhsil almaq olur.
Azərbaycandan xaricə tələbə göndərişi ilə məşğul olan şirkətlərdən birinin koordinatoru Sənan Yaqubov son illər Britaniyaya tələbə göndərməyin böyük problemə cevrildiyini söyləyir. O, deyir ki, məsələn təhsillə bağlı kimsə yaxşı bal yığırsa onun maliyyə problemi olduğu bildirilir. Həmin adam maliyyə problemini həll edib ikinci dəfə müraciət edəndə isə maliyyə baxımından ona çox bal verib, təhsil balını aşağı salırlar.
Sənan Yaqubov həmçinin bildirir ki, tələbələr üçün viza almaq qaydaları sərtləşdiyindən Britaniyada oxumaq istəyən hər 100 tələbədən 30-u rədd cavabı alır. Bu səbəbdən də onlar Norveç, Skandinaviya ölkələri, ABŞ, Kanada və Avstriyaya üstünlük verirlər. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məsələ ilə bağlı açıqlama ala bilmədik. Səfirliyin rəsmi məlumatına görə, 2009-cu ildə 350 nəfər Britaniyada təhsil almaq üçün tələbə vizası alıb. 2010-cu ildə isə bu vaxtadək 295 tələbəyə viza verilib. Həmçinin, Britaniyada qısamüddətli kurs keçən 195 tələbə viza alıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*