Home » Beynəlxalq, Siyasət, Ümumi » Britaniyanın xarici işlər naziri homoseksual olmadığını bəyan etdi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Britaniyanın xarici işlər naziri homoseksual olmadığını bəyan etdi

Britaniyanın xarici işlər naziri William Hague (Uilyam Heyq) bəyan edib ki, o və xanımı Ffion internetdə onların intim şəxsi həyatı barədə barədə dolaşan yalan iddiaları rədd etmək üçün ictimaiyyətə məlumat vermək qərarına gəliblər. AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə,xarici işlər naziri özünün kişi köməkçilərindən biri ilə “yaraşmayan” münasibətləri barədə iddiaları açıq rədd etməklə və ailə həyatının möhkəmliyi barədə açıq bəyanat yaymaqla hökumətdə şok yaradıb. Hague öz bəyanatında bildirir ki, onların ailə həyatına başlamaq qərarının ərəfəsində arvadı Ffionun bir neçə dəfə uşaq salması onların hər ikisinə dərin iztirab gətirib. Xarici işlər nazirinin köməkçisi Kristofer Mayers iddialarla əlaqədar istefa verib. İnternetdə gedən məlumatlarda xarici işlər nazirinin bu köməkçisi ilə homsoseksual əlaqələri olduğu və Mayersin köməkçi vəzifəsinə yaramadığı halda işə götürüldüyü iddia olunurdu. William Hague seçki kampaniyası dövründə köməkçisi ilə eyni otağı bölüşdüyünü etiraf etsə də, heç vaxt homoseksual əlaqədə olmadığını israrla qeyd edir. Baş nazir David Cameron xarici işlər nazirini dəstəklədiyini bildirib.William Hague isə Almaniyalı həmkarı Qvido Vestervellə görüşməklə vəzifələrinin icrasını davam etdirib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*